İqlim dəyişikliyinin nəticələri dünya şirkətlərinə 2,3 trilyon dollara başa gələ bilər

Date:

Paylaş:

Hökumətlər tərəfindən iqlim dəyişikliyi ilə bağlı normativ tələblərin sərtləşdirilməsi nəticəsində dünyanın müxtəlif kompaniyalarının kapitalı 2,3 trilyon dollar azala bilər.

Bizplus.az bildirir ki, bu hesablamanı BMT-nin Principles for Responsible Investment (İnvestisiya məsuliyyəti prinsipləri) maliyyə təşəbbüsü təşkilatı aparıb. Təşkilatın proqnozuna görə, bundan ən çox kömür (44 faiz) və neft-qaz kompaniyaları (31 faiz) zərər çəkəcək. Elektromobillərə investisiya yatıran avtomobil istehsalçıları və elektrik enerjisi kompaniyaları isə əksinə, xeyli gəlir əldə edəcək. Onların kapitalının iki dəfə artacağı gözlənilir.

İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun Koreya Respublikasının İnçhon şəhərindəki görüşünün nəticələrinə əsasən dərc olunan xüsusi məruzəyə görə, planetdə temperatur artımının 1,5 dərəcədə saxlanılması su resurslarının 2100-cü il üçün nəzərdə tutulan defisitini 50 faiz azaltmağa imkan verəcək. Həmçinin ekspertlər belə nəticəyə gəliblər ki, 2010-cu illə müqayisədə 2030-cu ilədək atmosferə karbon qazının atılmasını 35 faizə qədər azaltmaq, 2050-ci ilə qədər isə tamamilə dayandırmaq lazımdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...