Forbes.com xəbər verir ki, Air.Co startapı karbon qazını arağa çevirir. Bir araq butulkasında təxminən 500 qr. karbon qazı var.
Şirkət iki il araşdırmalarla məşğul olub. Araq – Air.Co-nun ilk məhsuludur, amma o, öz fəaliyyətini genişləndirməyi, həmçinin, parfümeriya və etanol tərkibli digər məhsullar istehsal etməyi düşünür.
Startapın məhsulu atmosferdə karbon qazı tullantısını azaldır. Air Co.-nun istehsal prosesi də ekolojidir: şirkətin kiçik ölçülü miniatür avadanlığı təbii qazla deyil, günəş enerjisi ilə işləyir və ofisin damında yerləşən batareyadan qidalanır.
Hələ ki, şirkət ancaq Nyu-Yorkda araq satır, amma yaxın gələcəkdə öz məhsulunu bütün ABŞ-da satmağı planlaşdırır.