Türkiyədə 17 yaşlı gənc “İphone”un texniki səhvini tapıb.
Bizplus.az Milli.Az istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində yaşayan 17 yaşlı Oğuz Akçay “Apple” firmasının “Iphone” markalı telefonunda texniki çatışmazlıq müşahidə edib.
Elektrik və elektronika ixtisası üzrə liseydə oxuyan O.Akçay tapdığı çatışmazlığı məktub vasitəsi ilə “Apple” firmasının elektron poçt ünvanına göndərib.
Sözügedən firma O.Akçaya təşəkkür edərək ona 100TL (təqribən 30 AZN) pul göndərib.
Hadisə ilə bağlı danışan O.Akçay “İphone”da olan problemi aşkarladığını bu cür izah edib: “Telefonla danışarkən günəş mənzərəsini çəkmək istədim. Ancaq kameraya girərkən telefonun ekranı qaraldı loqosu göründü telefon danışığım isə davam edirdi. Düşündüm ki, telefonumda texniki problem var.
Ancaq bir neçə oxşar modeldə yoxladım vəziyyət eyni idi. “Apple” şirkətinə problemlə bağlı elektron məktub ünvanladım. Onlar cavablarında mənə təşəkkür etdilər və hesabıma 100 lira yüklədilər. Belə böyük bir firmanın səhvini tapmaq məni çox təəccübləndirdi. Tapdığım üçün çox xoşbəxtəm”.