iPhone XI Max-ın dizaynı göstərilib

Date:

Paylaş:

Yeni iPhone seriyasının elan edilməsinə hələ aylar qalmasına baxmayaraq şəbəkədə onun haqqında təfərrüatlara rast gəlinir. Etibarlı mənbə olması ilə tanınan “İnsider OnLeaks” gəgləcək “Apple” flaqmanının baza versiyasının yenilənmiş dizaynını göstərən videoçarx yayımlayıb və köhnə model aparatın bir neçə seriyasını paylaşıb.

Cihazın arxa qapağı, hamar kamera modulu çıxıntısı ilə qalın şüşə parçasından ibarət olacaq – aparatın bu hissədəki maksimal qalınlığı 9 mm-dir. Arxa paneldəki mikrofon korpususn mərkəzinə doğru hərəkət edir, adəti üzrə düz olan səssiz rejimə keçid düyməsi isə bu dəfə yerini yumru düyməyə verib və görünür ki, bu, əvvəllər iPad planşetlərinin bəzi modellərində istifadə olunub.

Əvvəlkilərlə müqayisədə kameraların obyektivlərinin qoruyucu şüşələri vizual olaraq genişlənib: yeni modellərin köhnələrlə müqayisədə sensorlarının işıq gücü daha yüksəkdir. Birləşdirici sistem kimi “Apple” Lightning-in  istifadəsini davam etdirir: iPhone-nun USB Type-C-ə keçməsi 2020-ci ildən tez olmayacaq.

Yeni yayılan məlumatlara görə 5,8 dyümlük iPhone XI ölçüsünə görə iPhone XS-dən azca fərqlənir – onun qabariti 143,6 x 70,9 x 7,7 mm-lik iPhone XS-lə müqayisədə 143,9 x 71,4 x 7,8 mm-dir. Yuxarı çərçivə xəttinin eni bir qədər kiçildiləcək, amma bu, bir o qədər də bilinməyəcək. iPhone XI Max-ın dəqiq ölçüləri bilinmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...