Yeni iPhone seriyasının elan edilməsinə hələ aylar qalmasına baxmayaraq şəbəkədə onun haqqında təfərrüatlara rast gəlinir. Etibarlı mənbə olması ilə tanınan “İnsider OnLeaks” gəgləcək “Apple” flaqmanının baza versiyasının yenilənmiş dizaynını göstərən videoçarx yayımlayıb və köhnə model aparatın bir neçə seriyasını paylaşıb.
Cihazın arxa qapağı, hamar kamera modulu çıxıntısı ilə qalın şüşə parçasından ibarət olacaq – aparatın bu hissədəki maksimal qalınlığı 9 mm-dir. Arxa paneldəki mikrofon korpususn mərkəzinə doğru hərəkət edir, adəti üzrə düz olan səssiz rejimə keçid düyməsi isə bu dəfə yerini yumru düyməyə verib və görünür ki, bu, əvvəllər iPad planşetlərinin bəzi modellərində istifadə olunub.
Əvvəlkilərlə müqayisədə kameraların obyektivlərinin qoruyucu şüşələri vizual olaraq genişlənib: yeni modellərin köhnələrlə müqayisədə sensorlarının işıq gücü daha yüksəkdir. Birləşdirici sistem kimi “Apple” Lightning-in istifadəsini davam etdirir: iPhone-nun USB Type-C-ə keçməsi 2020-ci ildən tez olmayacaq.
Yeni yayılan məlumatlara görə 5,8 dyümlük iPhone XI ölçüsünə görə iPhone XS-dən azca fərqlənir – onun qabariti 143,6 x 70,9 x 7,7 mm-lik iPhone XS-lə müqayisədə 143,9 x 71,4 x 7,8 mm-dir. Yuxarı çərçivə xəttinin eni bir qədər kiçildiləcək, amma bu, bir o qədər də bilinməyəcək. iPhone XI Max-ın dəqiq ölçüləri bilinmir.