“Apple” rüblük gəlirinin 5%, xalis mənfəətin isə 16% azalmasına dair hesabat verib. Şirkətin ümumi gəlirinin yarıdan çoxunu təşkil edən iPhone satışları 17% azalıb. Cari il şirkətin icraçı direktoru Tim Cook üçün ən uğursuz illərdən biri olacağı gözlənilir.
Maliyyə ilin ikinci rübündə “Apple” ın xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 16% aşağı düşərək 11,5 milyard dollar təşkil etmişdir. Şirkətin gəlirləri 5% azalıb və 58 milyard dollar qiymətinə çatıb. Bunun əsas səbəbi isə iPhone smartfonlarına marağın azalmasıdır. Ümumilikdə, iPhone satışları şirkətin ümumi gəlirinin 31 milyard dollarını təşkil edir, bu ötən il ilə müqayisədə 17% azdır. Şirkətin verdiyi məlumata görə, belə bir vəziyyət sonuncu dəfə on il bundan əvvəl olmuşdur.
“Apple” alıcıların iPhone smartfonlarına olan marağını qaytarmaq üçün nələrə əl atacaq
Şirkət yenə “ənənəvi taktikalar” a əl atıb, Bloomberg yazır. Məsələn, müxtəlif regionlarda trade-in proqramını açıb, bu proqram müştərilərə köhnə smartfonunu yenisi ilə dəyişdirməyə imkan verir. Proqramın reklamı “Apple” şirkətinin rəsmi saytında və App Store-də yerləşdirilmişdir. Servis işçiləri istehlakçılara köhnə smartfonu təmir etmək əvəzində, yenisi ilə əvəz etməyi təklif ediblər. Trade-in rentabelliyi aşağı salsa da, iPhone istifadəçilərinin sayını artırmağa kömək edir.
Maliyyə direktoru Luca Maestri və icraçı direktor Tim Cook arasında keçirilmiş telefon konfransında iPhone smartfonların qiymətinin aşağı salınması məsələsini müzakirə edilib (22%-ə qədər). Əslində, şirkət bununla bazarın reaksiyasını yoxlamağa çalışır, Reuters mənbələrə istinadən yazıb.
Son həftələr ərzində iPhone satışları artmağa başlamışdır, bu haqda Cook Reuters agentliyinə verdiyi müsahibədə bildirib. “Biz əminik ki, işlərimiz yoluna düşəcək”, – o deyib.
“Apple” ın digər xəbərləri
Ötən ilin yanvar-mart ayı ilə müqayisədə “Apple” məhsulları şirkətə 4,7 milyard dollar az, xidmətlər isə əksinə 1,6 milyard dollar çox gəlir gətirib. Tim Cook qeyd edir ki, bu rekord göstəricidir. Beynəlxalq satışların payı 61%-a çatıb.
Bir səhmə görə rüblük gəlir 2,46 dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10% azdır. Şirkət dividentlərini 5%, bir qiymətli kağıza görə 0,77 dollara qədər a