Əsas səhifə Biznes sahələri Texnologiya iPhone” qaşıq-çəngəl dəsti olacaq

iPhone” qaşıq-çəngəl dəsti olacaq

290
Paylaş

“Kickstarter” şirkəti “Apple” smartfonları üçün yeni, qeyri-adi çexol layihəsinə start verib.

“Bizplus.az” xəbər verir ki, “sphoon_phork” adlı bu layihə smartfonu qaşıq və çəngəl dəstinə “çevirir”.

İnsanların gülüşünə səbəb olan bu aksessuarı hazır edən təsisçilər smartfon aludəçilərinin işini asanlaşdırdıqlarını bildirirlər. Onlara görə belə bir çexol ilə bu kateqoriyadan olan insanlar telefonun ekranından gözlərini ayırmadan yeməklərini yeyə biləcəklər.

Bu dəstin özəlliyi ondan ibarətdir ki, onlar çexola taxılmadan da istifadə oluna bilər və digər önəmli məsələ onları itirməyin mümkünsüzlüyüdür. Belə ki, çexolun arxa tərəfində qaşıq və çəngəlin yerləşdirilməsi üçün kiçik bir “cib” də təsisçilərin nəzərindan qaçmayıb.

Hazırkı çexol yalnız ağ rəngdədir və qarşıdakı günlərdə digər rənglərin də istehsalı gözlənilir. Bu çexol “iPhone 7”, “iPhone 8”, “iPhone X”, “iPhone XS” modelləri üçündür və gələcəkdə digər smartfonlar üçün də istehsalı nəzərdə tutulub:

“iPhone XS Max”, XR və “8 Plus”, “Samsung Galaxy S9”, “Galaxy S9 plus” və “Galaxy Note 9”, “Huawei Mate 20”, “Mate 20 Pro” və “P20 Pro”, “Google Pixel 3” və “Pixel 3 XL”, “Sony Xperia XZ3”.

Çexolun qiymətinə gəlincə, erkən sifarişlər üçün qiymət 39 dollardır. İyun ayından sifarişlərin çatdırılması planlaşdırılır.