iPhone istifadəçiləri daha tez-tez Android smartfonlara keçid etməyə başlayıblar

Date:

Paylaş:

Apple şirkəti daimi olaraq öz məhsullarının satış göstəricilərinin yüksəlməsi barəsində hesabatlar təqdim edir. Lakin hesabatlardakı bu rəqəmlər heç də həmişə smartfon bazarındakı real güc balansını əks etdirmir. ABŞ-ın BankMySell adlı riteyleri iOS ilə Android arasında seçim etmiş insanlar üzrə sorğu aparıb. Sorğunun nəticələri isə heç də iPhone-nun üstünlüyünü ortaya qoymayıb. Bu barədə 9to5mac saytına istinadən 4pda saytı xəbər verib.

Beləliklə məlumata əsasən Apple smartfonlarının istifadəçilərinin bu brendə olan loyallıqları 2019-cu ildə bütün tarix boyu ən minimum nəticəni sərgiləyib. 38.000 insan arasında aparılmış sorğu çərçivəsində məlum olub ki, bu göstərici 1 il əvvəlki göstəricidən 15.2% aşağı olub. 26% iPhone X istifadəçisi Apple məhsulundan imtina edərək Android smartfona keçid etməyi istəyiblər. Samsung smartfonlarının istifadəçiləri arasında isə Apple məhsuluna keçid etmək istəyənlərin faiz göstəricisi 7.7% olub.

Məlumatda qeyd edilib ki, iPhone istifadəçilərinin Apple brendinə loyallıqları 2011-ci ildən bəri ən minimum səviyyəyə çataraq bu il üçün 73% təşkil edib. Buna bənzər hesabatları həmçinin Kantar Group və Gartneranalitik şirkətləri də təqdim ediblər. Onlar qeyd ediblər ki, bu ilin ikinci rübündə ABŞ-da olmuş smartfon satışlarının yalnız 36%-i Apple şirkətinin üzərinə düşüb. Bu isə keçən ilki göstəricidən 2.4% aşağıdır. Apple smartfonlarına tələbatın aşağı düşməsinin əsas səbəbi kimi analitiklər yeni iPhone modellərində innovasiyaların olmamasında görürlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...