Əsas səhifə Biznes Biznes məqalələri iPhone-da ən gəlirli 10 proqram

iPhone-da ən gəlirli 10 proqram

390

Business İnsider nəşriyyatı App Store-də olan ən gəlirli proqramların siyahısını dərc edib. Bu proqramların təsisçiləri 2018-ci ilin nəticələrinə görə ən çox mənfəət elə ediblər.

  1. Hulu – $132,6 milyon

NBC, Fox, ABC, TBS şirkətlərin televiziya şouları, filmlər və digər məhsullarından yararlanmaq üçün abunə xidməti.

  1. QQ – $192,9 milyon

İzlənilmə sayına görə ÇXR-in  ən böyük video portalıdır. Youku, Hulu, NetFlix və YouTube tərəfindən istifadə olunan biznes modellərindən istifadə edir, eyni zamanda Youku Originals markası altında öz istehsalı olan bir sıra veb-serial da buraxır. 2012-ci ildə isə QQ, Tudou video xidməti ilə birləşib.

  1. Pandora – $225,7 milyon

İnternetdə musiqi dinləmə xidməti

  1. YouTube – $244,2 milyon

Istifadəçiləri video saxlamaq və göstərmək xidmətləri ilə təmin edən videohosting xidməti.

  1. Kwai (Kuaishou) – $264,5 milyon

Fərqləndirici xüsusiyyətlərindən biri  video məzmununa vurğu edildiyi olan sosial şəbəkədir. Burada fotoşəkilləri paylaşmırlar və fəlsəfi mətnlər yazmırlar. İstifadəçilər ifa etdikləri mahnı, həyatda baş vermiş müxtəlif növ gülməli hadisələrin videosunu paylaşmaq məqsədi ilə bura girirlər.

  1. iQiyi – $420,5 milyon

iQiyi, bədii filmlər və sənədli filmlərə, televiziya şoularına, televiziya proqramlarına çıxışı təmin edən Çin onlayn video streaming platformasıdır. iQiyi Netflix-in Çindəki analoqu hesab olunur.

  1. Tinder – $462,2 milyon

Android və Apple iOS mobil platformalar üçün nəzərdə tutulmuş geolokasiyanı nəzərə alan tanışlıq proqramlarından biridir. Proqram qismən ödənişlidir və yalnız Facebook hesabları ilə işləyir.

  1. Tencent Video – $490 milyon

Tencent Video layihəsi (YouTube-un Çin alternativi), ödənişli hesabların sayı baxımından Çinin ən böyük video xidmətidir.

  1. Netflix – $790,2 milyon

Netflix – kino və televiziya proqramlarının tədarükçüsü olan Amerika əyləncə şirkətidir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here