“Apple” şirkətinin bu ilin sentyabr ayında bazara çıxarılması planlaşdırılan yeni “iPhone” modeli ilə bağlı iddialar səslənib.
“iPhone 8” markalı telefonun qiymətinin 1000 dollardan baha olacağı qeyd olunur. Bu, “iPhone” modelləri arasında ən bahalı telefon hesab olunur. Yeni modelin ABŞ-da 850 dollardan başlayan qiymətlə satışa çıxarılacağı, digər ölkələrdə isə bu rəqəmin daha böyük olacağı da ehtimal edilir.