Əsas səhifə Biznes sahələri Texnologiya iPhone 2020 modellərindən biri ekran üzərində çıxıntı hissəyə sahib olmayacaq

iPhone 2020 modellərindən biri ekran üzərində çıxıntı hissəyə sahib olmayacaq

31

TFI şirkətinin məşhur analitiki Ming-Chi Kuo-nun proqnozlarına əsasən 2020-ci ildə təqdim olunacaq iPhone modellərindən minimum biri ekran üzərində çıxıntı hissəyə sahib olmayacaq. Bu barədə Macdigger saytı xəbər verib. Əgər iPhone modeli ekrana inteqrasiya edilmiş Touch ID texnologiyasını əldə etsə, onun ön panelinin dizaynı dəyişəcək.

Bu halda Apple şirkəti iPhone-dakı çıxıntı hissəni kiçildə və ya Face ID texnologiyası üçün nəzərdə tutulmuş True Depth kameralarını yığışdıraraq ümumiyyətlə ekran üzərində çıxıntı hissədən imtina edə bilər. Bu cür dizaynın 2020-ci ildə təqdim olunacaq bütün iPhone modellərinə şamil olunub-olunmayacağı hələki bilinmir.

Ola bilər ki, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib iPhone modeli eksklüziv olaraq Çində satılsın. Credit Suisse şirkətinin də investorlara təqdim etdiyi hesabatlarda qeyd olunub ki, ekran istehsalçıları aktiv şəkildə iPhone-lar üçün çıxıntı hissəyə sahib olmayan ekranlar istehsal edirlər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here