İnvestorlar snapchatla başqa bir şirkəti səhv salıb səhmlərini aldılar

Date:

Paylaş:

Dünyanın ən çox istifadə edilən 4-cü sosial şəbəkə tətbiqi Snapchatın birjaya daxil olacağından xəbər tutan investorlar səhvən başqa bir şirkətin səhmlərini satın alıblar.

Snapchat’ın sahibi Snap Inc keçən həftə New York Birjasında səhmlərini satışa çıxarmağa hazırlaşdıqlarını bildirsə də dəqiq tarix söyləməmişdilər.

Ancaq investorlar Snap Inc’nin birjaya girdiyini düşünüb, indidən səhm satın almağa başlayıblar. Səhvən Snap Interactive adlı bir şrikətin səhmlərini satın almağa başlayan investorlar üzündən şirkətin səhmləri bir həftədə 95 faiz nisbətində yüksəlib.

Ağıllı telefonlar üçün tətbiqlər yaradan Snap İnteractivenın dəyərinin isə 54 milyon dollar olduğu açıqlandı.

Snapchatın sahibi Snap Inc’in isə birjaya daxil olmasından sonra bazar dəyərinin 25 milyard dollar olacağı hesab edilir.

Texnologiya şirkəti səhmlərin satışından təxminən 3 milyard dollar gəlir əldə etmək istədiyini açıqlamışdı. Snapchat’in istifadəçilərinin yarıdan çoxu yaşları 13-24 arasında dəyişir. 160 milyon gənc istifadəçisi olan Snapchat gələcəyin Facebooku olaraq görülür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...