İnvestorlar niyə kriptolvalyutaya daha çox pul yatırırlar?

Date:

Paylaş:

Analitiklər, həmçinin InvestFeed şirkətinin icraçı direktoru Ron Çerneski və Blackkrock-un sabit gəlirli aktivlər üzrə strategi Ceff Rozenberq qeyd edir ki, ABŞ və Şimali Koreya arasında münaqişənin kəskinləşməsi fond bazarlarında aktivlərin satılmasına gətirib çıxardı. Bu isə öz növbəsində orta müddətli iqtisadi qeyri-müəyyənliyi gücləndirdi.

Ron Çerneski izah edir ki, nəticədə çox sayda investor bütün diqqətini Bitcoin-ə yönəldir. Belə ki, onlar bu rəqəmsal valyutanı uzun müddətli sığınacaq-aktiv hesab edirlər. İnvestorlar fond bazarında ciddi tənəzzül riskini diversifikasiya etməyə cəhd edərək öz vəsaitlərini kriptovalyutaya köçürürlər.

Kriptovalyuta bazarı hazırda inanılmaz artım dövrünü yaşayır. Onun kapitalizasiyası 139 milyard dollara çatıb, sutkalıq ticarət həcmi isə 5,7 milyard dollar təşkil edir. Özünü təsdiq etmiş investor və treyderlər tənzimlənən kriptobirja və ticarət platformaları vasitəsilə yüksək likvidli aktiv əldə edə bilərlər.

Artıq indidən, nəhəng investisiya şirkəti Fidelity və Goldman Sachs və JPMorgan kimi investisiya bankları öz müştərilərini, investorları və portfel menecerlərini Bitcoin və digər rəqəmsal valyutalara yatırım etməyə həvəsləndirirlər.

Bloomberg agentliyi hesab edir ki, investorların Bitcoin-i rəqəmsal qızıl və sığınacaq-aktiv kimi görməyə başlamaları bu rəqəmsal valyutanın rekord həcmdə artımına səbəb oldu. Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda nəhəng treyder və birja oyunçuları Bitcoin ilə maraqlandıqları müddətcə onun qiymətinin daim artacağı gözlənilir.


©Banker

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...