Əsas səhifə Biznes Biznes məqalələri İnvestisiya yatırarkən diqqət edilməli məqamlar

İnvestisiya yatırarkən diqqət edilməli məqamlar

702
Son zamanlarda ətrafımda bir çox insanlar yatırım etmək istədiklərini yalnız hansı sahəyə yatırım etməli olduqlarını bilmədiklərini söyləyirlər. Həm əldə olan büdcəni itirməmək həm də uzun zamanlı gəlir imkanları yaratmaq istəyən insanların sayı həqiqətən çoxdur. İllərlə əlində kiyafət qədər yüksək məbləğləri saxlayaraq heç bir işə yatırım etməyən şəxsləri də tanıyıram. Və yaxud ən risksiz yatırımlardan birincisi olduğu üçün böyük məbləğdə daşınmaz əmlaka pul qoyaraq çox kiçik miqdarda qazanc əldə edənləri də çox tanıyıram.
Yalnız son zamanlarda inkişaf edən Azərbaycan biznesi, sahibkarlığa dəstək qurumlarının, keçirilən networkinglərin, təlimlərin, forumların sayəsində daha da inkişaf etməkdədir. Həqiqətən yatırımlar olduğu təqdirdə yüksək gəlirli bizneslərə çevrilə bilmə gücünə sahib kiçik və orta bizneslər yaranmaqdadır. Bizlərə isə bu biznesləri təsbit etmək və bizneslərə etdiyimiz investisiyanın bizə qazandırdıqlarını ölçə bilməliyik.

Öz biznesini qurmaq istəyənlər üçün:

  1. Mütləq formada bu biznesin olduğu sahəni araşdırmalı, sahəni tam başa düşməli, müştəriləri və rəqibləri tanımalıyıq. Potensial bazarın həcmini aşkarlamalıyıq. Əgər həqiqətən böyük bazara sahib məhsula sahibsiznizsə dayanmadan mütləq bu sahəyə daxil olun.
  2. Pilot layihə təşkil edin və məhsul və yaxud xidmətdən kiçik bir hissə yaradaraq bazarda test edin. Əgər məhsulunuza qarşı tələb düşündüyünüz kimidirsə, növbəti addıma keçə bilərsiniz. Misal üçün deyək ki, siz hər hansısa supermarket şəbəkələri ilə danışaraq X məhsulundan yerləşdirmək istəyirsiniz. 100 mağazaya məhsul yerləşdirmək üçün 100.000 AZN-ə ehtiyac var. Bu hər mağazaya 1000 AZN-lik məhsul deməkdir. Əgər 100.000 AZN-lik məhsul ilə başlasanız gərək əlinizdə təxminən 20.000-30.000 AZN-lik stok da olsun ki, ilk ayda təmin edə biləsiniz. Belə olduğu təqdirdə əgər işləriniz yaxşı getməsə müəyyən qədər ziyana düşəcəksiniz. Əvəzində pilot olaraq 2 supermarketdə məhsul yerləşdirin və marketə daxil olan IP sayından satışı hesablayaraq bu biznes barədə hansısa fikirə gələ bilərsiniz. Bütün bizneslər üçün bu pilot qaydanı etmək mümkündür.
  3. Yaxın və oxşar mədəniyyətə malik ölkələrdən hazır biznesləri biraz dəyişərək və yaxud distributorluğunu alaraq ölkədə fəaliyyətə başlasanız, uğursuz olma riskini azaltmış olacaqsınız.
  4. Bir sahəyə yatırım etməmişdən qabaq o sahə ilə bağlı yaxşı araşdırmalar etməli və o sahədə uzun illər təcrübəsi olan şxəslərlə məsləhətləşməlisiniz.
  5. Gələcəyinin nə qədər potensiallı olduğunu analiz etmək vacibdir. Əgər bir neçə il ərzində hələ də sizə kiçik pullar qazandıracaqsa və bu sizi həyəcanlandırmayacaqsa bu işə qətiyyən başlamağa dəyməz. Elə bir sahələrə yatırım etmək lazımdır ki, 30.000 AZN-də yatırılmış olsa da 5 ildən sonra sizə milyonlar qazandırmaq imkanı yaratsın. Misal üçün. Siz 30.000 AZN ilə bir “fast food” markası yarada bilərsiniz. Kiçik və lokal ola bilər. Lakin uğurlu olduğu təqdirdə və 3 ildən sonra 3, 4 yeni mağaza açıldığı təqdirdə siz bu işə investisiya cəlb edərək yaxın ölkələrə distributorluq sata bilərsiniz. Bu isə 5 ildən sonra milyonlara gedən yol deməkdir. Əslində bütün sahələrdə böyük qazanc əldə etmək mümkündür. Lakin gərək o sahənin açığını öyrənə və buradan necə böyük qazanclar əldə etmək olduğunu bilək.

İnvestor kimi yatırım edərkən:

  1. Bir investor kimi mütləq formada bir neçə bizneslərlə tanış olmaq və reallıq dərəcəsini ölçmək lazımdır. Hər kəsə deyil öz işinin peşəkarlarına yatırım etmək sizə böyük ölçüdə qazanc gəticəkdir. Bu mənim əmim oğludur, bir restoran açım verim. Bacarıqlıdır yaxşı qazandıracaq fikri ilə istənilən qazancı əldə etmək mümkün deyil. Hətta biznes qısa zamanda iflas olmasa sevinməlisiniz.
  2. Qoyduğunuz investisiyanın geri dönüşünə (Pay back Period (PBP)) baxmaq lazımdır. Əgər hər il minimum investisiyanın 20%-ni geri ala bilirsinizsə bu çox uğurlu biznesdir və yatırım etməyə dəyər. Əlbəttə elə bizneslər var ki, daha yuxarı geri dönüş ilə olur.
  3. Yatırım etməmişdən əvvəl biznesi auditorlar tərəfindən inspeksiyadan keçirin. Həm biznesi həm də təşəbüskarı.
  4. Biznes plan tələb edin və biznes planın doğruluğuna və dolğunluğuna əmin olun.
  5. Yatırım edəcəyiniz biznesin gəlirliliyi sizi qane etməli və biznes özü sizin minimum enerjinizi və vaxtınızı almalıdır.
  6. Gələcəkdə qlobal layihə və biznesə çevrilmə ehtimalı olan bizneslərə yatırım edin.
  7. Fikri dağınıq və 3,4 fərqli biznes ideyasını eyni anda reallaşdırmaq istəyən şəxslərə yatırım etməyin.
  8. Minimum 3 dəfə görüşün və qarşı tərəfin biznes etikasını və şəxsi keyfiyyətlərini analiz edin.
  9. Biznes ilə yaxından və yerində tanış olun, işin necə getdiyini bir neçə gün analiz edin.
  10. Böyük yatırımlar etsəniz mütləq komandada sizin də əməkdaşlardan biri audit qismində iştirak etsin.
  11. Təşəbüskarın idarəediçilik qabiliyyətlərinin olmasını mütləq analiz etmək lazımdır və bundan öncəki bizneslərinin uğurluluğuna baxmaq lazımdır.

İnvestisiyanın yalnış qoyulması insana həm maddi həm də mənəvi təsir göstərməkədir. Bunun üçün də bir sahəyə yatırım edərək düzgün analiz etmək və peşəkarlarla məsləhətləşmək mütləqdir.

Müəllif: Cavid Abbasov (http://www.cavidabasov.com)

Rəy bildir

Please enter your comment!
Please enter your name here