İnvestisiya etməyə hardan başlamaq lazımdır?

0
1613
investisiya

İnvestisiya etmək üçün mütləq şəkildə pula və zamana ehtiyac var.  Cavan yaşlarda, xüsusilə, 20 yaş ətrafında ümumilikdə pul qazananda o qədər də investisiya etməyi düşünmürük. Amma il ərzində işləyib pul qazandığınız tədqirdə illik 1000-1500 azn aralığında ehtiyat saxlasanız gələcəkdə milyoner olmaq şansınız yüksəkdir. Bu sadəcə faizin mükafatıdır. Əksinə bu yoldan tez döndükdə, pulun önəmini gec başa düdükdə və pula əvvəlkindən çox ehtiyac duyanda ehtiyat yığmağa və investisiya etməyə başlasanız əldə edə biləcəyiniz potensial investisiya gəlirinin çox cüzi hissəsini əldə etmiş olacaqsınız.

İnvestisiya etmək üçün pul və zaman həm önəmli, həm də gərəklidir. Elə bu səsəblə investisiyaya başlamağın ən ideal yolunu: erkən vaxtda, doğru zamanda, qazanclı bir şəkildə və mümkün ola bildiyincə çox qazanca sahib olmaqla yaratmaq olar.

Yaxşı, bəs haradan və necə başlamaq lazımdır? Bəzi məsləhətlərə baxaq:

Sərmayənizi bölün

Şirkət səhmləri, qızıl, valyuta ya da investisiya fondları gözəldir, amma bütün investisiyanızı bir yerə yönəltməyin. Bunun əvəzinə öz investisiya portfelinizi yaradın və ona uyğun tənzimləyin.

Mənasız deyilən sözlərə, məhşur məsləhətlərə qulaq asmayın və özünüz üçün uyğun olan yoldan kənara çıxmayın.  Məsələn, portfelinizdə bir miqdar səhm olmağına qərar verəndə bildiyiniz, güvəndiyiniz hətta günlük həyatınızda seçdiyiniz şirkətlərə investisiya edin.

İnvestisiyanızı artırın

Davamlı olaraq investisiyanızı artırın, hər ay sabit şəkildə investisiya etmək üçün pul ayırın. Misal üçün: Aylıq 500 azn əmək haqqı qazanırsınızsa, bunun 10%-ni yəni 50 azn investisiya üçün qoya bilərsiniz.

Birjaları davamlı olaraq izləyin

Əmtəə və ya q/əmtəələri alıb saxlamaq çox zaman etibarlı strategiyadır,  amma bu investisiyalarınızı tamamilə görməzdən gəlməyiniz demək deyil.

İnvestisiyalarınız haqqında təməl məlumatlara sahib olmalı və birjaların ümumi vəziyyətini davamlı olaraq izləməlisiniz. Buna görə də birjalara hər zaman nəzər yetirməyi unutmayın.

Xərclərə diqqət yetirin

Hər zaman hansı məbləğin qarşılığında nəyi alacağınızı bilin. Bəzi  vasitəçi firmalar bu əməliyyatları yerinə yetirərkən yüksək faizlə komisiyya tutur. Ona görə də hər hansı investisiyaya yatırım etməzdən qabaq bazarda komisiyya faizi az olan və kefiyyətli iş görən firmaları seçin.

Xülasə, investisiya etmək əyləncəli bir şey olmalıdır. Ekonomist.co-da ən çox vurğulanan məsləsə: “İnvestisiya öyrədici, məlumatlandırıcı və hər zaman mükafalandırıcıdır” Disiplinli strategiyalar, alıb satmaq əməliyyatları və strateji investisiyalar sizə ən pis zamanlarda belə mükafatlandırıcı olduqlarını mütləq sübut edəcəkdir.

Bizplus.az, İlkin Mirzəzadə