Crowdfunding
Möhtəşəm bir layihənizin olduğunu düşünürsünüz ancaq başlamaq üçün təbii ki maliyyə dəstəyinə ehtiyacınız var. Bu dəstəkçilər hər zaman ailəniz ya da dostlarınız olmaq məcburiyyətində deyil. Crowdfunding (kütləvi fonlama) ilə layihəniz kickstarter.com və indiegogo.com kimi crowdfunding saytlarından də dəstəkçilər tapa bilər.
Inkubasiya Mərkəzləri Dəstəyi
Yeni iş fikriniz var amma şirkətinizi hələ qurmadız ya da qurmaq ərəfəsindəsiniz. Sərmayə, rəhbərlik, marketinq və digər dəstəyə ehtiyacı olan bir sahibkarsınız.Bu zaman Inkubasiya mərkəzləri sizə kömək ola bilər. Bakıda belə mərkəzlərdən Baku Business Factory, Young Biznes Factory, Youth İNC, Baramanı göstərmək olar.
Mələk İnvestorlar
Layihəniz start-up mərhələsini keçdi amma məhsulu inkişaf etdirmək və ya marketinqini aparmaq üçün üçün hələ maliyyəyə ehtiyacınız var. O zaman ünvanınız mələk investorlardır. İnvestor mələklər çox vaxt yalnız sərmayəçi olaraq qalmazlar, eyni zamanda sizi müvəffəqiyyətə çatmanıza məsləhətçi rolu də oynayarlar.
Bir çox vəziyyətdə mələk sərmayəçilərə başqaları tərəfindən məsləhət görülməsi lazımdır. Nəticədə küçələrdə boş boş gəzən və hər kəsin danışdığı insanlardan deyillər. Eəl bu səbəblə bir mələk investor tapmaq istəyirsinizsə əvvəlcə doğru insanı tapmaq lazımdır.
Yarışmalar
Bəzən yarışmalarda iştirak etməklə də öz layihənizi gündəmə gətirə, tanıda eləcə də layihəniz üçün investisiya tapa bilərsiniz.
Belə layihələrdən biridə layihənizi bütün düyaya tanıda biləcəyiniz WSA-dır (World Summit Awards) Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) yüksək sosial təsirə malik olan dünyanın ən yaxşı rəqəmsal innovasiyalarının – (website-lar, mobil tətbiqlər və interaktiv qurğular) seçimini və qlobal tanıtımını həyata keçirən demokratik mükafatlandırma sistemidir.
Hazırda Ölkəmizdə də WSA-ın milli seçimlərinə start verilib.
2018-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) “Qlobal Konqres”ində iştirak etmək, beynəlxalq ekspertlər, strateji tərəfdaşlar və dünya investorlarından ibarət qlobal şəbəkəyə qoşulmaq üçün əvəzedilməz fürsətiniz var.
Belə ki, layihənizi qlobal səviyyədə tanıtmaq üçün, “2017 WSA Azərbaycan Milli Müsabiqəsi”nin iştirakçısı ola bilərsiniz.
Ətraflı Məlumat: http://icenter.az/world-summit-awards-2/wsa-haqqinda
Qatılmaq üçün aşağıdakı keçid linkdən 8 WSA kateqoriyası üzrə müraciət edə bilərsiniz:
https://db.icnm.net/Signup/WSA/2017/Azerbaijan/
Əlaqə üçün: 444 74 44 (2652)