Əsas səhifə Biznes İntuisiya yoxsa rəqəmlər: Biznes həyatında hansına inanmaq olar ?

İntuisiya yoxsa rəqəmlər: Biznes həyatında hansına inanmaq olar ?

390

Şirkət rəhbərləri bəzən intuisiyalarına qulaq asırlar və şəxsi təcrübələrini bir kənara qoyurlar. Mümükündürmü bir insan beyni, analitik qrupların fikirlərindən üstün qərar qəbul etsin və uğurlu olsun. Analitik düşüncə bütün insanlarda var. Təbiətcə hər bir insan analitikdir. Odur ki, analitik bacarıqlar gündəlik həyatla yanaşı biznesdə də insana kömək olur. Fins.az Forbes də bu barədə yazılan fikirləri təqdim edir.

Böyük həcmdə məlumat, sifarişçilər,istehsalçılar və s lər  korporativ bazarın idarə edilməsi üçün əsas mənbələrdir. Bu sahədə müasir texnologiyalar ,  süni intelekt və s ləri işimizi olduqca asanlaşdırır. Lakin bu verəcəyimiz qərarın yalnız bir balaca hissəsidir. Sonda əsas qərar insanın özündən asılı olur.

Bəzən elə olur ki, rəhbər şəxs qərar qəbul etmək üçün  şəxsi təcrübəni və intuisiyanı ikinci plan edərək analitiklərin ona təqdim etdiyi araşdırmalara nəzərə salaraq şirkət üçün vacib qərarı qəbul edir.

Analitik instrumentariya nəticəyə aparacaq marşrutu formalaşdırmaqda kömək olur. Odur ki, final qərarı yenidən insanın özünün qəbul etməsi vacibdir. Belə olan halda həmin şəxs intiusiyanı da kənarlaşdırmamalıdır. Beynəlxalq analitika instutunun həmtəsisçisi professor Tom Devenportun fikrincə analitik biliyə malik rəhbər şəxs üçün ən çətin məsələ nə vaxt rəqəmlərə nə vaxt isə daxili səsə qulaq asmağın olduğunu bilməkdir.

Alimin fikrincə intiusiya insanın həyat təcrübəsdə olan nüansların cəmidir.  Ümumi mozaykaya qoyulan bu məlumatlar şüur altı insanların planlaşdırılmış hərəkətlərinə əsas verir.

Marşrut dəyişir , məqsəd qalır

Rəhbərlikdə olan şəxslərdə məlum trend olur – Bu trend inkişaf etmək və dəyişilən vəziyyətə adaptasiya etməkdir. Dəyişikliklərə adaptasiya etmək bu hamı üçün olduqca vacib xüsusiyyətdir. Çətinliklərə güc gəlmək bu heç də asan iş deyil. Dəyişikliklərdən sonra yaranmış çətinliklərə yanaşmanı agile yanaşma öyrədəcək sizə. Bu yanaşmanın metodikası reallaşdırmaq istədiyiniz məsələnin yalnız planının qurulması deyil həmçinin dəyişikliklərə və görmək istədiyiniz işdən olan təsirlərə hazırlıqlı olmaq lazımdır. Ola bilər ki, qurduğunuz plan baş tutmasın bu zaman təlaşa düşmək lazım deyil. Hərəkətlərin alqoritmindən uzaqlaşmaq bu hələ sizin səhv etməyiniz demək deyil.

Səhv etməyi öyrənmək

İnsan beyni işləməyə alışmalıdır. Səhvlər-Fərd kimi formalaşmaq üçün bilik və vərdişləri inkişaf etdirən ən yaxşı alətdir.

İnsan beyni üçün uğur və uğursuzluq eyni səviyyəli lazımlı informasiyadır. Səhvləri qəbul etmək və onlar üzərində işləmək gələcək qərarlarınızda böyük kömək olacaq.

Analitika əsəbi zəif olanlar üçün deyil

Əgər stress altında qərar qəbul etməlisizsə, o zaman orqanizminizə fiziki çətinlik tətbiq edin. Misal üçün kompyuter qarşısındasız və sizə xoşlamadığınız bir mktub gəlib və bu məktuba cavab verməlisiz. Bu zaman dərin nəfəs alın daha sonra olduğunuz binanın aşağı mərtəbələrinə düşün və ya yuxarı mərtəbəsinə qalxın və çalışın fiziki çətinlik nəticəsində həmin stressdən uzaqlaşmış olasız . Yalnız stressin mənbəyindən uzaqlaşdıqdan sonra qərar qəbul edi.

Qəbul olunmuş qərar sadə olmamalıdır, amma bu yolda azmamaq da lazımdır. Həyatda hər şeyi analiz edin. Məlumat az olan da da və ya əksinə olduqca çox məlumat olanda da. Baş verənlərin mənzərəsi və bizim atacağımız addımların nəticəsi heç də həmişə məlum olmur. Lakin əgər sən məlum addımlara yox  öz gücünə inanırsansa o zaman hərəkət elə!

Müəllif: Xeybər Heydərov