İnternetlə öz işini quran tələbə ilə müsahibə

Date:

Paylaş:

Bu günkü müsahibimiz yaşının az olmasına baxmayaraq internetdə uğura imza atmış bir tələbədir. Qısa müddət ərzində yaratdığı saytına artıq hər gün 30-40 min insan daxil olur. Gəlin müsahibimizi bir qədər yaxından tanıyaq:

-Salam Əli bəy, oxuyucularımıza özünüz haqqında qısa məlumat verin.

-Salam, Mən Əli İbrahimov 19 yaşım var. Naxçıvan şəhərində yaşayıram və Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin 3-cü kursunda təhsil alıram.

-Bildiyimiz qədərilə siz saqlamheyat.az saytının həmtəsisçisisiniz. Belə bir sayt yaratmaq ideyası haradan gəldi?

-Uzun müddət idi sayt yaratmaq fikrində idik. Çünki bu sahə bugünün və gələcəyin iş sahələrindən biridir. Biz də hansı yöndə daha tez uğur qazana biləcəyimizi görmək üçün internetdə bir qədər araşdırma etdik və sağlamlıq sahəsində sayt yaratmaq qərarına gəldik. Digər bir səbəb isə bu sahə ilə insanlara yararlı məlumatlar verərək xeyirli bir iş görmək istəyirdik. Mənim və bacımın sağlamlıq sahəsinə marağımız çox olub. Ona görə bu sahə bizə daha uyğun və maraqlı oldu. Beləliklə biz SaqlamHeyat.az saytını yaratdıq.

– Güman edirik oxuyuculara da bu sual maraqlıdır. Yaratdığınız saytla gəlir əldə edirsinizmi?

– Təbii ki, əgər insan hər hansı bir sahədə fəliyyət göstərirsə, zəhmət çəkirsə gəlir əldə etməlidir. Biz də öz növbəmizdə gəlir əldə edirik. Biz gəlirimizi əsasən reklamlardan əldə edirik. Bu da bizim sayta daxil olan istifadəçilərin sayından asılı olaraq dəyişir. Təxmini olaraq gün ərzində 15-20 dollar qazanırıq.

– Bundan başqa layihələriniz var mı?

– Saqlamheyat.az saytı bizim üçün uğurlu olduqdan sonra komandamız ilə birlikdə yeniliklər barəsində axtarışları davam etdiririk. Artıq reallaşdırmaq istədiyimiz bir neçə yeni web sayt layihəsi var. Tezliklə trendə uyğun, insanların sevə biləcəyi və bizə daha çox gəlir gətirə biləcək işlər görəcəyik.

– İnternetdə iş qurmaq istəyənlər hansı addımları atmalıdırlar ki uğur qazana bilsinlər?

– Hər bir sahədə iş qurmaq üçün insan ilk öncə ağıllı olmalıdır. Bazar riskini hər zaman izləməli, bazarda yenilik yarada biləcək fikirlər düşünməldir. Çox adam hər hansı bir iş quran kimi ondan gəlir tələb edir, gəlir qazana bilmədikdə isə fəaliyyətini dayandırır. Həmçinin internet sahəsi də belədir. Ağıllı addımlar atıb işin təməlini möhkəmləndirmək lazımdır. Daha sonra artıq özü gəlir gətirəcək sizə. İkinci bir məsələ isə günümüzdə istənilən biznes üçün hava və su kimi lazım olan reklam məsələsidir. Yeni, maraqlı bir xidmət və ya iş qurmusunuzsa onu mütləq reklam etmək lazımdır. Amma yenə də ağıllı reklam. Sizə ən çox fayda verə biləcək və büdcənizə ən uyğun reklam sahəsini seçməlisiniz. Bu zaman biznesiniz inkşaf edəcək. Yox, siz ən bahalı reklamı lakin sizin biznesinizə uyğun olmayan reklamı etdirsəniz, təssüf ki, uğur əldə edə bilməyəcəksiniz.

– Bəs sərmayəsi olmayan ancaq iş qurmaq istəyənlər hansı yolu seçməlidirlər?

– Düşünürəm ki, hər hansısa iş qurmaq üçün sərmayə lazımdır. Ancaq bu işdən, xidmətdən asılı olaraq dəyişə bilər. İnternetdə iş qurmaq üçün elə bir böyük sərmayə tələb olunmur. Bu az sərmayə üçün isə çalışıb müəyyən qədər bu sərmayəni toplayıb işə başlıya bilərlər.

– Uğursuz olduğunuz zamanlarda özünüzü necə motivasiya edirsiniz?

– Mən ətrafımda çox çalışqan insanlar tanıyıram. Həm savadlı həm də çalışqandırlar. Ancaq bəzən bu yetməyə bilir. Bu zaman motivasiya əsas rol oynuyur. Biz də hər zaman bu yolda iz qoymuş şəxslərə baxıb onlardan motivasiya alırıq.

– İş qurmaq və uğur qazanmaq istəyən insanlara nə tövsiyyə edərdiniz?
– Hər zaman addım atmalısan. Addım uğurun yarısıdır. Ona görə planlı düşünüb ağıllı addım atmaq lazımdır deyə düşünürəm.
– Sonda bizplus.az layihəsi haqqında fikirlərinizi almaq istərdik.
– Bizplus.az saytı Azərbaycan mediasında gənc sahibkarlar haqqında məlumatlar verməklə onlarda da stimul yaradır. Bu hansısa işə başlamaq üçün böyük nüansdır. Ümid edirəm çox tez bir zamanda böyük uğurlar qazanacaqsız.
– Bu gözəl müsahibəyə görə sizə təşəkkür edirik.
– Mən də SaqlamHeyat.az saytının həmtəsisçisi olaraq öz adımdan və komandamız adından sizə öz təşəkkürümüzü bildiririk.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...