İnternetin sürət və keyfiyyətinə görə ölkələrin siyahısı

Date:

Paylaş:

“SpeedTest” internetin sürət və keyfiyyətinə görə, ölkələrin növbəti qlobal reytinqini tərtib edib.

Genişzolaqlı internetə çıxış sürəti ölkədən asılı olaraq dəyişir. Məşhur xidmət və tətbiqlərdən biri olan “SpeedTest” ölkələrin daxilində internetə qoşulmanın ən real sürətini müəyyən etmək üsuludur.

Şirkət aylıq olaraq yuxarıda sadalanan məlumatları özündə əks etdirən “SpeedTest Global Index” hesabatını təqdim edir.

2019-cu ilin mart ayının nəticəsinə görə, yüksək keyfiyyətli mobil əhatə dairəsinə görə, birinci yerdə Norveç (67,596 Мbit/s), Kanada (65.90 Мbit/s), Qatar (60.97 Мbit/s) və Niderlanddır. Rusiya 19,54 Мbit/s göstərici ilə reytinqdə 84-cü, Azərbaycan isə 28,34 Мbit/s göstərici ilə reytinqdə 55-ci olub.

Genişzolaqlı internetə çıxış sürətinə görə isə reytinqə Sinqapur liderlik (199,62 Mbit/s) edir. Beşliyə isə Honk-Konq, Monako, Ruminiya, Cənubi Koreya daxil olub. Bu reytinqdə isə Rusiya 50,43 Мbit/s ilə 47-ci olub. Reytinqin nəticələrinə əsasən, qeyd etmək olar ki, Rusiyada hər iki göstərici üzrə azalma müşahidə olunur. Azərbaycan isə bu reytinqdə 13,96 Мbit/s ilə 121-ci olub.

Xatırladaq ki, “SpeedTest”in versiyasına görə, Rusiyada yüklənmənin cəldliyi və məlumatların ötürülməsi üzrə ən sürətli operator “MeqaFon” elan edilib. Belə ki, paytaxt sakinləri “MeqaFon” ilə data məlumatlarını 41,93 Мbit/s ilə, yükləməni isə 14,46 Мbit/s ilə edə bilərlər. Bu isə ikinci orta operator üçün 2 dəfə yüksək göstərici deməkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...