Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər İnternetin kəsilməsi səbəbindən dünya iqtisadiyyatı 8 mlrd. dollardan çox zərər görüb

İnternetin kəsilməsi səbəbindən dünya iqtisadiyyatı 8 mlrd. dollardan çox zərər görüb

77
Paylaş

Ötən il müxtəlif ölkə hökumətləri tərəfindən internetin qəsdən kəsilməsi dünya iqtisadiyyatına 8 milyard dollardan çox zərər vurub.

İl ərzində internet kəsintisi 21 ölkədə qeydə alınıb. Kəsintilərin sayı 122, ümumi müddəti isə 18 min saatdan çox təşkil edib.

2016-cı illə müqayisədə ötən il qlobal iqtisadiyyat üçün internet kəsintisi nəticəsində dəyən zərər 235% artıb ki, bu da rekord göstərici kimi qeydə alınıb.

Ölkələr arasında kəsintinin dəyərinə görə lider İraq olub. Bu ölkənin iqtisadiyyatına dəyən zərər 2,3 mlrd. dollar təşkil edib. Sudanda bu rəqəm 1,9 mlrd. dollara, Hindistanda – 1,3 mlrd. dollara, Venesuelada – 1,1 mlrd. dollara, İranda isə 0,6 mlrd. dollara bərabər olub. Əksər hallarda internetin kəsilməsi etiraz və iğtişaşlara cavab olaraq baş verib.