Dünyada internetə əlçatanlığın artması, internetə bağlı əhalinin də sayının çoxalmasına səbəb olub. Bu göstəricilər isə hər gün artır. İnternetdən asılı olan ölkələrin TOP 15-liyi hazırlanıb, siyahının birinci pilləsinə isə Amerika Birləşmiş Ştatları (ABŞ) liderlik edib.
“Ajans Press”in “WalueWalk”ə və mətbuatda yayılan məlumatlara istinadən edərək araşdırma hazırlayıb.
ABŞ-dan sonrakı ölkələr isə Braziliya, Makao -Çin, Rusiya, BƏƏ, Bəhreyn, Honk-Konq, Səudiyyə Ərəbistanı, İngiltərə, Cənubi Koreya olub. Siyahıda yer alan digər ölkələr isə Lüksemburq, Almaniya, Avstriya, Yaponiya, Danimarka olub. Türkiyə isə ilk 15 ölkər arasında yer almayıb. Amma TÜİK-in ən son yayımladığı hesabata görə, ölkədə fərdlərin 71,9%-i internet istifadəçisidir.
ITS Media-nın “Ajans Press” ilə olan birgə araşdırmasına görə isə, 2018-ci ildə internet başlığı altında ənənəvi mediada 196 116 xəbər yayımlanıb. 2019-cu ildə isə bu rəqəm 42 151-dir. İnternet ilə bağlı yazılan xəbərlərin məzmunu analiz edilən zaman məlub olub ki, bunlar əsasən internetin sosial media məcraları və ilin əvvəlində internetdən istifadə kvotası ilə bağlı xəbərlər olub.