İnternetdə Motorola’nın qatlana bilən smartfonu barəsində yeni məlumatlar sızdırılıb

Date:

Paylaş:

Motorola şirkəti artıq özünün qatlana bilən smartfon modeli üzərində çalışdığını təsdiqləyib. İndi isə həmin smartfon modelinin özəllikləri barəsində yeni məlumatlar ortaya çıxıb. Əfsanəvi Motorola RAZR V3 smartfon modelinin müasir davamçısı olacaq smartfon barəsində məlumatları XDA-Developers saytının istifadəçiləri veriblər. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə təqdim olunmuş yeni məlumatlar Motorola şirkətinin qatlana bilən smartfonunun kiçik xarici və böyük daxili ekrana sahib olacağını təsdiqləyirlər.

Xarici ekrandan sadəcə olaraq Moto Dsiplay, Moto Actions və Moto Camera kimi tətbiqlər üçün istifadə olunacaq. Burdan da belə qənaətə gəlmək olar ki, xarici ekranda bildirişlər, zaman, multimedia və kamera üzrə idarəetmə düymələri əks olunacaqlar. Tam açıq şəkildə xarici ekran sensorlu idarəetmə funksiyasını reallaşdıracaq. Bundan əlavə olaraq xarici ekranda smartfonun müxtəlif funksiyalarına sürətli keçidi reallaşdıracaq 6 ədəd düymə də yerləşə bilər.

Smartfon qatlanmış vəziyyətdə olarkən aktivləşdiriləcək Google Assistant səsli köməkçisi zamanı xarici ekranda xüsusi animasiya əks olunacaq və istifadəçi öz istəyinə görə həmin animasiyanı deaktiv edə biləcək. Xarici ekranın yuxarı hissəsində həmçinin əsas kamera da yerlşəcək. Qapalı şəkildə həmin kameradan selfi kamerası kimi də istifadə etmək mümkün olacaq. Smartfonun daxilində daha bir kamera modulunun olub-olmayacağı bilinmir. Motorola şirkətinin qatlana bilən smartfonunun təqdimatının bu ilin yay fəslinin sonunda baş tutacağı gözlənilir./technote

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...