Internetdə biznes qurmaq üçün ideyalar

Date:

Paylaş:

çox zaman məndən “hal-hazırda hansı sahədə biznes qurmaq olar?” və ya “biznesi nədən başlasam yaxşı olar?” tərzində suallar verirlər. Daha əvvəl bizim bloqda heç vaxt, prinsipial olaraq biznes-ideya verilməyib (bunun bir neçə obyektiv səbəbləri var), amma buna baxmayaraq bu yazıda bir neçə ideya verməyə çalışacam. Mən hesab edirəm ki, yeni iş quran adamlar üçün ən ideal platforma yalnız və yalnız internet ola bilər. Buna görə deyəcəm işlər internet üzərindən olacaq.

İdeyalara keçməzdən əvvəl deyim ki, biz hələ 2013-cü ildə deyirdik ki, Azərbayancanda internet startup etmək boş şeydir. Əlbəttə, illər keçdi və bizim bir vaxtlar “dalaşanlar” indi bu fikirlə tam razılaşım. AMMA və LAKİN indi biz açıq və hamıya aydın şəkildə deyirik: “Əzizlərim… internetdə biznes qurun, yaxşı işləsəniz uğurlu olma şansınız var!”. Başqa sözlə desək bügün ölkədə olan iqtisadi vəziyyət mütləq qaydada interneti bizim həyatımıza daha çox salacaq və offlaynda olan sabit xərclərdən azad olaraq internetdən qurulmuş bizneslər (əgər bu biznes məntiqi ilə qurulursa, yoxsa qurum sataram məntiqi ilə deyils…) daha rəqabətqabiliyyətli görünür. Keçək ideyalara…

Əlbəttə, biz hesab edirik ki, necə ki, ən yaxşı yemək öz şirəsində bişəndir, eləcədə ən yaxşı biznes ideya biznes quranın öz ideyasıdır. Necə dəyərlər… quyuya su tökməklə, dolu olmur. Amma biz yenədə öz fikirlərimizi Sizinlə paylaşaq. Sadalayacağım ideyaların sıra sayına çoxda fikir verməyin, birinci heçdə ən dəyərlisi demək deyil. Sadəcə ağlıma birinci nəyi yazmaq gəlir onu yazıram.

İdeya #1 – azərbaycanda günlük (həftəlik) ev kirayəsi bazası yaratmaq. Əminəm ki, çoxlarınız Avropada olmusunuz. Avropada əsasənda turistik reqionlarda olan evlərin demək olar ki, hamısı kirayə verilir. Xarici və ya ölkə vətandaşı bu evlərə internetdən tapır. Məsələn, sayt olur, burada öz evini kirayə verən adamlar öz evlərini təklif edir. Ev lazım olanda internetdən evə baxır və sifariş edir. Bir növ booking və HRS-in evlər üçün olan versiyası. İncələmək istəsəniz http://www.ferienwohnung.de/ və ya https://www.fewo-direkt.de/ saytlarında baxa bilərsiniz. Bügün böhran və manatın devalvasiyası daxili turizm potensiallarını çox artıracaq. “Qolunu çirmələyib” bu işin görən adamlar çox sistemli şəkildə perspektivli biznes qura bilərlər. Azərbaycanda bu sahə hər tərəfli boşdur. Bir tərəfdən yay vaxtı Qaxın İli Su kəndində ucuz qalmaq istəyən Bakı sakini, digər tərəfdən öz evini bir yolla icarəyə vermək istəyən kənd sakini… Sizə inandıram ki, çox sistemli və düzgün iş qurmaq olar. Eyni ehtiyyac Bakıdada var. Yenə kənddə qalan bir ailə Bakıya gəlmək istəyir… hardan qalsın!? Əlbəttə günlük verilə biləcək evlərdə. Hər sifarişdən 20% bir qazanc (komisyon) pulu götürülsə, gəlirli bir biznes qurmaq olar. Sonra bu konsepsiyanı Gürcustan, Rusiya, Türkiyyədə etmək olar, hələ bunun xaricdən bizə gələnlər tərəfidə var. Birdə hökümətdə bu layihə dəstək olar. Əsl böhran işidir!))

İdeya #2 – bildiyiniz sahədə internet TV və ya YoyTube kanal yaratmaq. Bildiyiniz sahədə sözünə diqqət edin. Bu çox maraqlı bir istiqamət ola bilər. Unutmayaq 4-cü hakimiyyət hər zaman KİV-in əlində olur. Bügün YouTube bizə 4-cü hakimiyyət olmaq üçün imkanlar yaradıb. Bunun üçün sadəcə bildiyimiz mövzular üzrə vaxtında və düzgün formada video kontent yaratmaq olar. Baxın… diqqət edin. Hər şey kiçikdən başlayır. Düşünməyin ki, burdan necə pul qazanmaq olar. Əvəzində Siz ilk olaraq hansısa sahədə ekspert kimi tanınacaqsız. Bundan sonra bu Sizə pul gətirəcək. Nədənsə başlayın və heç bir şəkildə pulun olmamağından şikayət etməyin. Siz işləyin pul özü Sizi tapacaq. Nəzərə alsaq ki, bügün insanlar internetə TV-dən daha çox inanır, Sizə hələ reklam verəndə ola bilər.

İdeya #3 – Niş məhsul təklif edən və ya hansısa bir kateqoriya üçün, internet mağaza. Çox zaman deyirlər ki, internetdə hər şey satmaq daha uğurludur. Misal üçündə Amazon, e-bay kimi kommersiya saytlarının uğurlarından danışırlar… amma başa düşmürlər ki, bu saytlarda əsas məntiq ticari mərkəzi qurmaqdır. e-bay bir növ ticarət mərkəzi rolunu oynayır. İnternet ticarəti isə, digər biznes sahələrindən fərqlənmir. İxtisaslaşma və fokus olmaq çox vacibdir. Azərbaycanda bügünə qədər,  demək olar ki, ixtisaslaşmış internet mağaza yoxdur. Bir sahəni seçin və o sahəyə yönəli internet mağaza açın, çox tənbəl və fərəsətsiz olmasaz alınacaq. Ümumiyyətlə mən hesab edirəm ki, alınmayacaq iş yoxdur, alındıra bilməyən adamlar var. Hərəkət edən, işləyən adam və biznesi başa düşən adamların bügün internetdə uğur qazanması üçün real imkanlar var. Böhran bir fürsətdir.

İdeya #4 – Onlayn araşdırma təklifi. Saytdan araşdırmalar satılır. Sifariş verilir və digər tərəfdə oturan adamlar (yəni saytı quranlar) masa başı araşdırmalar edib, onlayn formada təqdim edir. Eyni cürə diplom dissertasiya, kurs işləridə təklif edilə bilər. Məntiq sadədir. İnternetdən edilən axtarışlar üzrə pullu təkliflər verilir. Əgər Sizin gələcək müştəri internetdə mebel bazarı və ya süd bazarı kimi axtarışlar edirsə, Sizin sayta ona bu xidməti pulla təklif edir.

Ümumiyyətlə Sizə bir söz deyim – internetin gücü informasiya istehlakını dəyişməsidir. İnternet informasiyanın daha tez hərəkətini təmin edir. Bu məntiqlə internetdə açılan biznes əhaliyə düzgün və tez informasiya çatdırmaqdan qazanmalıdır. Xərclərin aşağı salınması deyil, qiymətlərin ucuzluğu deyil, sadəcə informasiyanın vaxtında və düzgün ötürülməsi. İnternetdə qlobal olaraq uğur qazanmış bizneslərə baxın… hər birində satılan məhsul məhz informasiyadır.

Google nə satır?! Amazon nə satır? FB və ya Twitter bəs e-bay… hər biri informasiya satırlar və məhz buna görədə uğurludurlar. Çox vacibdir ki, internetdə təklif edilən məhsul informasiya yükü olsun (məsələn bizim birinci ideyada biz ev tapmaq üçün informasiya veririk, ikinci ideyada hansısa mövzu üzrə informasiya veririk, üçüncü fikirdi geniş çeşid barədə informasiya veririk və s.). Məntiq çox sadədir – yalnız fərqli dəyərlər təklif edildiyi zaman biznes uğurlu ola bilir.

Fərqlilik demişkən, biznesdə fərqlənmək çox vacibdir. Təsəvvür edin ki, görün bu nə qədər vacib anlayışdır ki, İqtisadi nəzəriyyə belə oliqopol-rəqabətli bazarlarda differensasiyanı ən vacib dəyər hesab edir. Neysə bu haqda ətraflı növbəti bloqlarda!)

P.S. Birdə ideya-zad boş şeydir, inanın, hərəkət edin, alınacaq!)

Müəllif: İlkin Manafov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...