Əsas səhifə Biznes sahələri Texnologiya İnternet tarixinin ilkləri

İnternet tarixinin ilkləri

1319
Paylaş
Artıq həyatımızın öməmli bir hissəsinə çevrilən internetin tarixində baş verən ilklər yəqin ki, sizə də maraqlı olardı. İlk axtarış motoru, ilk e-poçt və s. hansılardır? Gəlin birlikdə baxaq.

İlk E-Poçt

Ray Tomlinson tərəfindən 1971-ci ildə ilk e-poçt göndərilmişdir. Tomlinson sistemin şəxsləri ayırd etməsi üçün “@” simvolundan istifadə edib.

İlk Tweet

Twitter 2006-cı ildə istifadəçilərin 140 simvol ilə məhdudlaşdırılan tvit adı verilən postlar yazabildiyi bir sosial şəbəkədir. İlk tvit isə tvitterin təsisçisi Jack Dorsey tərəfindən yazılmışdı.

İlk axtarış motoru

Axtarış motoru dedikdə hamının ağlına google gəlir ancaq ilk axtarış motoru McGill Universitetinin tələbəsi Alan Emtage tərəfindən 1990-cı ildə yaradılıb. Fayl axtarış xidməti göstərən bu axtarış motoru hərkəsə açıq FTP-lərin fayl siyahılarını bazaya yığırdı. Daha sonra Megallan, Excite, İnfoseek kimi fərqli axtarış motorları yarandı.

İlk domen adı

1985-ci il 15 martda symbolics.com internetdə ilk domen adı kimi tarixə düşüb. Hər il minlərlə insan symbolics.com saytını ziyarət edir.

İlk Bloq

Hər gün internetdə minlərlə bloq yaradılır. Ancaq ilk bloq 1994-cü ildə Justin Hall tərəfindən yaradılmışdı.

İlk sayt

Tarixin ilk saytı CERN-də informatika üzrə professor kimi işləyən Tim Bernerslee tərəfindən 1990-cı illərdə World Wide Web olaraq yaradılıb.

İlk Banner Reklamı

AT&T 1994-cü ildə bannerdən istifadə edən ilk şirkət oldu. Bannerin üzərində Buraya heç daxil olmusanmı? cümləsi yazılmışdı.

İlk Hashtag

İlk hashtag Chris Messinanın 2007-ci ildə Tvitterdə paylaşdığı tvitində #barcamp olaraq istifadə edilib.

İnternetə yüklənən ilk şəkil

İnstagrama hər gün yüklənən şəkil sayı 70 milyona yaxındır. Aşağıdakı şəkil isə internetə yüklənən şəkil kimi tarixə düşüb.

İnternetə qoşulan ilk telefon

İnternetə ilk dəfə girən mobil cihaz Nokianın 9000 communicator modelidir. 1998-ci ildə bazara daxil olmuşdu.

İlk Youtube Videosu

İlk youtube videosu isə Jawed Karim adlı istifadəçi tərəfindən yüklənib. Videonun adı Me at the zoo idi və 18 saniyə davam edirdi.