İnternet reklamı bu il ilk dəfə qlobal reklam xərclərinin 50%-ni keçəcək.
Bu isə o halda baş verib ki, reklam xərclərinin ümumi artımı mart ayından 4,7%-dən 4,65-ə qədər enib.
“Zenith”in son açıqlanan proqnozu bu pisləşməni kiçik bizneslər və böyük markalar arasındakı xərclərin uyğunsuzluğunu ilə əlaqələndirib. Sektor ilə bağlı yaxın gələcək isə heç də ürəkaçan görünmür. Belə ki, 2021-ci ilə qədər iki onillik ərzində xərclərin ən aşağı səviyyəyə düşməsi gözlənilir. İnternet reklamçılığı bütün qlobal xərclərin 50-ni keçəcək. 2018-ci ildə isə bu göstərici 44% olub. Hazırda onlayn reklam bazarının 9% yavaşlaması gözlənilir. Bu isə ötən il qeydə alınan başgicəlləndirici 17%-lik artım tempindən xeyli aşağıdır.
“Zenith” şirkətinin proqnozlaşdırma şöbəsinin rəhbəri Conatah Barnard deyib ki, “İnternet reklamının dünya reklam xərclərini 50%-dən çox olacağı vaxt yaxınlaşır. Bu isə proqnozlarımız ərzində ilk dəfədir ki, baş verəcək. Bu, 2001-ci ildən bəri ilk dəfə onlayn reklam bazarının böyüdüyü ilk il olacaq.
Sahəyə yenidən rəhbərlik edən onlayn video və sosial medialar 18 və 17% ikiqat böyümə sürətinə malik olacağı proqnozlaşdırılır. Hər iki sektor 5G mobil texnologiyaların inkişafından böyük gəlir əldə etdi. Şkalanın digər sonunda olan ödənişli axtarış və elanların 2021-ci ilə qədər 7%-ə qədər azalacağı və daha sərt bazar ilə üzləşəcəyi gözlənilir. Sonuncu isə 1,6% aşağı düşəcək.
“Zenith”in başqa bir hesabatında isə deyilir ki, mobil internet istifadəsi bu il bir il ərzində inanılmaz, 800 saatlıq göstəriciyə çatıb. Bu isə 33 günün davamlı istehlakına bərabərdir