İnternet nəhənglərinə yeni vergi tətbiq ediləcək

Date:

Paylaş:

Onların, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır.

 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Angel Gurria, qısaca olaraq GAFA adı verilən “Google”, “Apple”, “Facebook” və “Amazon” kimi internet nəhənglərinin 2020-ci ilin sonuna qədər qanuni şəkildə vergiyə cəlb ediləcəyini açıqlayıb.

Gurrianın sözlərinə görə, bundan sonra inkişaf etməkdə olan ölkələr bu günə qədər toplaya bilmədikləri vergini toplaya biləcək: “İlin bitməsinə hələ 8 ay var və layihənin üzərində işlər davam edir. Dünya ölkələrinin iqtisadiyyatları, cəmiyyətləri və ölkələri bir araya gələrək eyni kriteriyaların necə idarə ediləcəyinə dair razılığa gəlməlidir. Bunun üzərində çalışırıq. Çox çətin və qarışıq işdir. Ancaq buna baxmayaraq, böyük irəliləyiş müşahidə edirik”.
Gurria, həmçinin bildirib ki, beynəlxalq vergi qaydaları mövzusunda Fransa, Almaniya, ABŞ və Türkiyə kimi ölkələrin maliyyə nazirləri başda olmaqla, hər kəs bu məsələnin OECD səviyyəsində həll edilməsini istəyir.

Qeyd edək ki, bu gün rəqəmsal iqtisadiyyatın nəhənglərinin, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...