Əsas səhifə Məqalələr İnternet həyatımızı necə təmamilə dəyişib

İnternet həyatımızı necə təmamilə dəyişib

52

İnternet və ya “ümumdünya hörümçək toru” bəşəriyyət üzərində hakimiyyəti ələ keçirib və həyatımızı, işimizi və əyləncəmizi ömürlük dəyişib. İnterneti zarafatyana  “milyardlarla insanın eyni anda hallüsinasiyası” da adlandırırlar.

Hər şey 1991-ci ilin 6 avqustu başladı. Həmin gün ümumdünya şəbəkəsi hamıya açıq elan edildi. O zamandan etibarən internet bizim düşüncə predmetimizə və sevinc qaynağımıza çevrilib.

Gəlin internetin inkişaf tarixindəki ən vacib məqamlarla tanış olaq.

1 . 16 iyul 1994-cü il. Amazonun yaranması

1994-cü il 5 ilyulda Jeff Bezos ilk onlayn kitab mağazası açır. Əvvəlcə ona Cadabra adını verir. Sonra hüquqşünas onu səhvən Cadaver kimi oxuyanda  Bezos “Amazon” variantının üzərində dayanmaq qərarına gəldi ( NASDAQ: AMZN). Bu doğru seçim idi.

Rəsmi elektron mağaza 11 gün sonra qazanmağa başladı. Onda Bezos və onun ilk əməkdaşları kitab qutularını paketləşdirib Vaşinqton ştatına, Bellevue-yə göndərdilər. Bu hadisə alıcı vərdişlərini və qəbul olunmuş çatdırılma sistemini ömürlük dəyişir. Hal-hazırda Bezosun sərvəti 112,5 mlrd. dollar dəyərləndirilir. Əzmkarlıq və ambisiyalı məqsədlər uğura aparan yol olub.

2 . 18 yanvar 1995-ci il. Yahoo.com saytının buraxılşı

Yahoo servisi (NASDAQ: YHOO), digər bir çox uğurlu texniki startaplar kimi Stenford universitetində əmələ gəlib. Yuxarı kurs tələbələri Jerry Yang və David Filo veb-səhifələrin axtarış indeksini yaradıblar. İlk olaraq onu “Jerry və David-in Ümumdünya şəbəkəsi üzrə yol bələdçisi” adlandırsalar da, xoşbəxtlikdən tezliklə fikirlərini dəyişirlər və adı Yahoo! edirlər ( Yet Another Hierarchical Officious Oracle, yəni “ Yeni qeyri-rəsmi ierarxiya arayış kitabçası”).

Yahoo! sözünün tələffüzü daha rahatdır. Bu ilk axtarış sistemi dünya şəbəkəsində yerləşən çoxlu sayda məlumatın sistemləşdirilməsini əbədi dəyişib. Məhz o, Google( NASDAQ: GOOGL) da daxil olmaqla digər qalan bütün axtarış sistemlərinin “əcdadı” olub.

3 . 21 aprel 1995-ci il. Match.com cütlük axtarışına başlayır

Silikon Vadisindən olan mühəndis Gary Kremen  Match.com domen adını 2,5 min dollara alanda ancaq sevgi barədə düşünürdü. Özünün ilk müsahibəsində o,  Match.com-un insanlara İsus Xristosdan daha çox sevgi gətirəcəyini bildirib.

O, çoxmilyardlı onlayn-tanışlıq sənayesinin əsasını qoyub və çoxsaylı təqlidçilərə yol göstərib. Bugün artıq Match.com təsdiqləyir ki, dörddə bir milyarddan çox tanışlıq təşkil edə bilib. Əlbəttə bu rəqəmsal “eşq Tanrısı”nın yaranması ilə tanışlıq və aşiqlik tamam dəyişib.

4 . 3 sentyabr 1995-ci il. eBay

Pierre Omidyar eBay-i (NASDAQ: EBAY) San-Xose-də evində təkbaşına yaradıb. Ambisiyalı dizayner tərəfindən yaradılan sayt əvvəlcə AuctionWeb adlanıb və insanlara internet vasitəsilə alış-veriş həyata keçirməkdə kömək etməyə yönəlib.

Bugün  eBay internetdə ən iri auksion meydançasıdır. Sayt əvvəlcə istifadə edilən məhsulların, sonralar isə yenilərinin satış texnologiyasını təmamilə dəyişir. Artıq bir çox ölkələrin sakinləri elan qəzetlərini oxumağa ehtiyac duymurlar. eBay saytı öz sinfindən olan ilk birgə istehlak iqtisadiyatını formalaşdırıb və o, məhsullardan daha səmərəli istifadəyə və lazımsız olanlardan isə qurtulmağa şərait yaradır.

5 . 1996-cı ilin payızı. Üçölçülü Baby Cha-Cha klipi qəlbimizi fəth edir

Artıq viruslu videolara rast gəlinmir, 1996-cı ildə isə bu bir yenilik idi.

Dünyada ilk üçölçülü musiqili kompyuter çarxı eyni anda  ilk viruslu video olub. Bu maraqlı idi: keçəl animasiyalı balaca uşaq, uşaq bezində ça-ça-ça oynayır. Bununla musiqi tədricən Blue Swede isveç qrupunun təqdimatında Hooked on a Feeling mahnısının “cover”inə çevrilir.

Tezliklə, video bütün internetdə yayılır, sonra isə tanınmış Ally McBeal teleserialında istifadə edilir. Bundan sonra hamı – şirkətlər də, insanlar da “virus yaratmaq” istədilər.

6 . 17 yanvar 1998-ci il. Drudge Report saytından prezident Bill Klinton və Monika Levinski ətrafında baş verən münaqişə başlayır

Prezident Bill Klinton və Monika Levinski arasındakı yaxın münasibətlər ətrafında baş verən qalmaqallı xəbər ənənəvi mətbuatdan deyil, internetdən əldə edilmişdi. Beləcə onlayn-xəbərlərin əsası qoyulur.

7 . 7 sentyabr 1998-ci il. Google şirkəti yaradılıb

Google heç də həmişə dünyada dəyərinə görə üçüncü brend olmayıb və “google” feli də birdən-birə yaranmayıb.  O, əvvəlcə “rəqəmsal xidmətçi” olub.

Zamanla, 1995-ci ildə Stenford universitetində dissertasiya layihəsi kimi yaranan və əvvəl Backrub adlanan Google inkişaf edərək 814 mlrd. dollarlıq korporasiyaya çevrilir. Artıq o, Alphabet adlanır və onun çoxlu pərəstişkarları var. Sadəcə, keçidlər axtarmaq artıq maraqlı gəlmir və bu texnologiya nəhənginin daha ciddi məqsədləri var: dünyada ən sürətli internet, pilotsuz avtomobillərin yaradılması.

Sergey Brin və Larry Page-in bu məhsulu səhmdarlar üçün  internetə pul yatırmağa bir əsas olur. Və şirkət artıq nəinki axtarış işi ilə hətta öz əməkdaşları ilə və ən müxtəlif sahələrdəki yenliklərlə maraqlanır.

8 . 15 yanvar 2001-ci il. Vikipediyada ilk məqalə

Vikipediya olduğu halda  toz basmış kağız ensiklopediyalar kimə lazımdır? Bu pulsuz onlayn sorğu kitabçasının adı havay sözü olub “ sürətli” mənasını verir. Cəmi bir neçə il ərzində dünyanın altıncı ən çox izlənilən saytına çevrilib. İnternetə girişi olan istənilən bir insan istənilən mövzuda məqalələr əlavə və onlara düzəlişlər edə bilər.  Buna görə Vikipediyanı həm sevirlər, həm də ona nifrət edirlər.

Maliyyəçi mütəxəssis Jimmy Wales filosof  Larry Sanger-lə birgə Vikipediyanı yaradıb və o, ilk məqalənin hansı olduğunu xatırlamır. Yadında qalan ancaq  sistemə daxil etdiyi ilk sözdür  – Hello World.

Bugün  Vikipedia səhifələrinin sayını təsəvvür etmək çətindir. Bunun yaxşı yoxsa pis olmasını deyə bilmərik, amma məhz buradan insanların əksəriyyəti nəsə yeni məlumat əldə edirlər. Amma həmim məlumatlar birmənalı hesab olunmurlar – məhz güvənsizliyə görə Larry Page 2002-ci ildə layihəni tərk edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here