Əsas səhifə Biznes sahələri Texnologiya “International Data Corporation”dünya informasiya təhlükəsizliyi vasitələri bazarı üzrə proqnoz dərc edib

“International Data Corporation”dünya informasiya təhlükəsizliyi vasitələri bazarı üzrə proqnoz dərc edib

1726
Paylaş

“International Data Corporation” (IDC) şirkəti 2019-cu və sonrakı illər üçün dünya informasiya təhlükəsizliyi vasitələri bazarı üzrə proqnoz dərc edib.

Servernews” resursu bildirir ki, təqdim olunan məlumatlarda proqram təminatı, müxtəlif sinfə aid aparat həlləri və müvafiq servislər sahəsində xərclər nəzərə alınıb.

Bildirilir ki, bu il pul ifadəsində sahənin həcmi simvolik 100 milyard dollarlıq səviyyəni ötərək 103,1 milyard dollara çatacaq. Bu, ötən ilin nəticəsi ilə müqayisədə 9,4 faizlik artıma uyğun olacaq.

Sonrakı illərdə informasiya təhlükəsizliyi sahəsində xərclərin daha da artacağı gözlənilir. Məsələn, 2022-ci ilədək olan dövr üçün “CAGR” göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 9,2 faiz səviyyəsində proqnozlaşdırılır. Nəticədə 2022-ci ildə bazarın həcmi təxminən 133,8 milyard dollar təşkil edəcək.

İnformasiya təhlükəsizliyi vasitələri üçün xərclər baxımından ən böyük sektorlar arasında bank seqmenti, istehsalat, eləcə də dövlət sektoru qeyd olunur.

Coğrafi baxımdan informasiya təhlükəsizliyi sistemləri üçün xərclərin həcminə görə lider ABŞ olaraq qalacaq. İkinci yerdə isə Çinin qərarlaşacağı proqnozlaşdırılır.