Britaniyanın İnterContinental Hotels Group (İHG) mehmanxana şəbəkələri operatoru otaqlarda birdəfəlik şampunlardan və duş gellərindən istifadədən imtina edəcək. Bu barədə şirkətin saytından xəbər verilir. Bu, plastik tullantıların azaldılması naminədir. Bildirilib ki, onların yerinə “tamölçülü formatlar”ı istifadə ediləcək.
İHG hər gün 200 milyona yaxın birdəfəlik gigiyena məhsulları istifadə edir. Yeni standarta keçidi şirkət 2021-ci ilə planlaşdırır. İHG idarəçiliyi altında olan bəzi mehmanxanalar, o cümlədən ABŞ-dakı Holiday İnn Express və Kimpton artıq tamölçülü formata keçidə başlayıblar.
Bu, şirkətin plastik tullantılarla mübarizədə ilk təşəbbüsü deyil. 2019-cu ilin sonuna kimi şirkət mehmanxanalarında birdəfəlik plastik borucuqlardan istifadəni də məhdudlaşdırmaq niyyətindədir.