“Intel” və “Qualcomm” kimi amerikan şirkətləri qabaqlayıcı ehtiyat tədbiri olaraq, öz işçilərinə Çinin “Huawei” əməkdaşları ilə əlaqə yaratmamaqla bağlı qadağa tətbiq edib. ABŞ-da belə qadağaların olmamasına baxmayaraq, biznes hökumətlə problem yaşanmasından qorxur.
Çip istehsalçıları “Intel” və “Qualcomm”,ABŞ-dan olan “InterDigital” araşdırma şirkəti və Cənubi Koreya operatoru “LG Uplus” öz əməkdaşlarına “Huawei”-lə qeyri-rəsmi əlaqalər qurmağı qadağan edib. Bu barədə Reuters açıqlama verir.
Mayda ABŞ-ın ticarət nazirliyi “Huawei”-i “qara siyahı”ya salıb və ona amerikan şirkətlərindən icazəsiz proqram təminatı və avadanlıq almağı qadağan edib. Belə olan halda Çin ABŞ-dan olan şirkətlərə cavab olaraq onları “qara siyahı”ya salmaqla təhdid edib. Sonralar amerikan hökuməti “Huawei”-ə 2019-cu ilin sonuna qədər ABŞ-da işləməyə icazə verib.
Reuters qeyd edib ki, Mintorq-un qərarı “Huawei”-ə digər şirkətlərlə əlaqə qurmağa icazə verib. Agentliyin mənbələrindən əldə edilən məlumata görə, hal-hazırda biznes,öz əməkdaşlarına ABŞ hökuməti ilə mümkün problemlərin qarşısını almaq üçün “Huawei”-dən olan həmkarları ilə əlaqə yaratmağı qadağan edib.
Əvvəllər “Huawei” əməkdaşlarna ABŞ-dan olan kolleqaları ilə texniki məsələlərlə bağlı görüş keçirmək qadağan edilib. Bundan başqa, şirkətin amerikan işçiləri öz vətənlərinə qayıtmalı idilər.