Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Intel” şirkəti “Habana Labs”ı 2 mlrd. dollara alıb

“Intel” şirkəti “Habana Labs”ı 2 mlrd. dollara alıb

107
Paylaş

Amerikanın prosessorlar istehsalçısı “Intel” İsrailin süni zəka sistemi üçün çiplər hazırlayan Habana Labs şirkətini alır. “Intel” şirkətindən bildirilib ki, əməliyyatın məbləği 2 mlrd. dollar təşkil edir.

Startap müstəqil biznes-bölmə olaraq qalacaq və  Data Platforms Group-a tabe olacaq.

Qeyd edək ki, sonuncu, Intel-in verilənlərin emalı mərkəzi üçün süni zəka texnologiyalarını birləşdirir.

Intel-in proqnozuna görə, 2024-cü ildə süni zəka texnologiyaları bazarı 25 mlrd. dolları keçəcək. 2019-cu il üçün şirkət süni zəka texnologiyalarından 3,5 mlrd. dollardan çox gəlir əldə etməyi hesaba alıb.