IMFlash Technology müəssisəsinin “Micron”-la birgə həyata keçirdiyi işdə iştirak etməsini dayandırması ilə, “Intel” korporasiyası çip yaddaşla bağlı istehsal çətinlikləri ilə qarşılaşır.
Şirkət, 3D NAND kimi fləş-yaddaş texnologiyasına həmçinin, şirkətin fikrinə görə uzunömürlülüyü, üstünlükləri və istehsal qabilliyəti sayəsində NAND-ı əvəz edə bilən 3D XPoint şəxsi tipli yaddaş texnologiyasına da malikdir.
Şirkət, 3D XPoint çipləri istehsalının özünün Çindəki yarımkeçirici müəssisəsinə daşınması layihəsi üzərində çalışır. Hal-hazırda “Intel” bu ekzotik yaddaşın istehsalını Yuta ştatındakı IMFlash Technology zavodunda həyata keçirir. Lakin “Intel” korporasiyasının “Micron”-a, planlaşdırılan öz 1,3 milyard dollarlıq payını satmasından sonra obyekti tərk etməsi lazım gəlir.
Aksiyaların satış şərtlərinə əsasən, “Micron” “Intel”-ə 3D XPoint-in istehsalını bir il ərzində IMFlash müəssisələrində istehsal etməyə icazə verir, bundan sonra isə sonuncu, istehsalını artıq başqa yerdə keçirməlidir. Əməliyyatın yekun qeydiyyatı 31 oktyabra nəzərdə tutulub: bu o deməkdir ki, Yutada istehsal 2020-ci ilin oktyabrına kimi davam edə bilər.
Çiplərin çapının buraxılış prosesi vaxt aparan və mürəkkəbdir, belə ki, “Intel” istehsalı, artıq özünün Dalyan şəhərindəki Fab 68-də qaydaya salmağı planlaşdırır. Hal-hazırda o, 3D XPoint yaddaşının 1-ci və 2-ci nəslini istehsal edir, 3-cü nəsli isə hələ işlənmə prosesindədir – əvvəllər korporasiya onu Nyu-Meksikadakı (ABŞ) Intel Fab 11X müəssisəsində buraxmağı nəzərdə tutmuşdu. Bu planın dəyişib-dəyişməməsi məlum deyil, lakin onun 3-cü nəslinin kütləvi istehsalı 2021-ci ildə baş tutmalıdır.