“İntel” şirkəti gəlir gətirməyən aktivlərini satır, amma eyni zamanda daha maraqlı aktivlər əldə etməyə çalışır.
Xəbər verilir ki, çiplər hazırlayan bu şirkət hal-hazırda İsrailin Habana Labs startapını almaq üçün danışıqlar aparır.
Qeyd edək ki, 2016-cı ildə israilli sahibkar tərəfindən yaradılan Habana Labs şirkəti maşın öyrənməsi üçün prosesorlar hazırlamaqla məşğuldur.
Deyilənə görə əməliyyatın məbləği 1-2 mlrd. dollar həcmində ola bilər. Tərəflər razılıqla bağlı fikir bildirməkdən imtina ediblər.