Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Instagramın qurucuları şirkətdən ayrılmağa qərar verdi

Instagramın qurucuları şirkətdən ayrılmağa qərar verdi

585
Paylaş

Instagramın təsisçiləri yaxın gələcəkdə şirkətdən ayrılacaqlar. Belə bir addım Facebook rəhbərliyinin həyatını çətinləşdirəcək.

İnstagramı səkkiz il bundan qabaq təsis edən Kevin Systrom və Mike Krieger,gələn həftə şirkəti tərk etmək qərarına gəlib. New York Times (NYT) verdiyi məlumata görə, onlar artıq  Instagramın digər rəhbərliklərinə həmçinin, Facebook-un menecerlərinə bu barədə xəbərdarlıq ediblər.

Daha sonra Systrom’un və Kriegerin gedişi haqqında Instagram’ın rəsmi blogunda məlumat verilib.

Systrom Instagram’ın icraçı direktoru, Krieger isə texniki işçilərdən məsuldur. Onlar gələcək planları haqqında məlumat vermirlər. Bir versiyaya görə, xidmətin inkişafına həsr olunmuş bir neçə ildən sonra bir ara verməyə qərar veriblər.

Programcılar Systrom və Krieger 2010-cu ildə bir araya gəliblər. Daha sonra bir fotoşəkil paylaşma xidmətini yaratdılar. Daha sonra bu xidmət 1 milyard abunəçisi olan  Instagram sosial şəbəkəsinə çevrildi.

NYT qeyd edirki, Sistrom və Krieger, 2012—ci ildə İnstagramı $ 1 milyard alan Facebookda böhran yaşandığı zaman bu qərara gəliblər. Sosial şəbəkəni istifadəçi məlumatların diqqətsiz idarə  edildiyinə görə və saxta web hesabı istifadə edərək digər ölkələrinxarici işlərinə  müdaxilə cəhdlərinə görə  tənqid edilib.

Bu il Jan Koum da WhatsApp-də ki işdən imtina etdi. Bu xidmətdə həmçinin 2014-cü ildə Facebook tərəfindən satın alınmışdı.