“Instagram”da tövsiyə səhifəsində reklam publikasiyaları çıxacaq. Bu barədə şirkətin bloqunda xəbər verilir.
Məlumata əsasən, istifadəçilər reklamı tövsiyələrdə yaxın aylarda görə biləcəklər.
“Instagram” reklam publikasiyalarını yalnız tövsiyələrdəki postların üzərinə vuran və oxşar şəkil və ya videolar olan lenti izləyən istifadəçilərə təqdim edəcək.
Qeyd edək ki, tövsiyələr “Instagram”da 2012-ci ildə peyda olublar. Onlara baxmaq üçün tətbiqin aşağı panelindəki lupanın üzərinə vurmaq lazımdır. Onlar abunəlik, “like”lar və izlənilən publikasiyalardan asılı olaraq, hər istifadəçi üçün fərdi formalaşır.
Hazırda “Instagram”da reklam istifadəçilərin şəxsi lenti və tarix bölməsində var. Reklam elanlarından brendlərin saytlarına keçid etmək mümkündür.