Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İnstagram’da gizli profilləri göstərən Ghosty tətbiqi Play Store’dan silindi

İnstagram’da gizli profilləri göstərən Ghosty tətbiqi Play Store’dan silindi

118
Paylaş

Son günlərdə adını tez-tez eşitdiyimiz və İnstagram’da gizli profillərə baxmağa imkan verən Ghosty tətbiqi nəhayət ki, Google tərəfindən zərərli proqram olaraq görülüb Play Store‘dan silindi. Həm İnstagram’ın, həm də Play Store‘un gizlilik qaydalarını pozan tətbiq bir müddətdir Google tərəfindən araşdırılır. Araşdırmalar sona çatanda isə proqramın zərərli olması səbəbilə Play Store üzərindən silindi. Əlbəttə internetdən apk üsulu ilə proqramı təkrar yükləmək mümkün olsa da, yaxın günlərdə İnstagram da bir sıra təhlükəsizlik addımları ataraq proqramın istifadəsinin qarşısını ala biləcək.

technote.az