Instagram “yaxın dostlar”la şəkil və video mübadiləsi üçün Threads tətbiqini buraxıb

Date:

Paylaş:

Instagram “yaxın dostlar” siyahısından olan istifadəçilərlə ünsiyyət qurmaq üçün xüsusi Threads tətbiqini təqdim edib. Burada həm də istifadəçinin nə işlə məşğul olduğunu dostların bilməsi üçün statusları da paylaşmaq olur. Bundan başqa, yaxın dostlar bir-birləri ilə şəkil,video və “tarixçələr”i bölüşə biləcəklər.

Threads artıq iOS və Android üçün keçərlidir. Onun dörd əsas rejimi var:

Tətbiqi aktiv edən kimi, qaydası üzrə kamera görünür və beləcə, istifadəçi tez bir zamanda filtrsiz şəkil və video çəkib onu yaxın dostları ilə bölüşə bilir. Kamera ilə ekranın aşağı hissəsində istifadəçinin tez-tez ünsiyyət saxladığı dostların profillərinin bağlantılarını yaddaşda saxlamaq olur.

İkinci ekran – “yaxın dostlar”dan gələn ismarıclar. Threads qrup danışıqlarını dəstəkləyir, amma qrupun bütün iştirakçıları “yaxın dostlar” olmalıdır.

Üçüncü bölüm – statuslar ekranı. İstifadəçi, “emoji” və status üçün hazır ifadələr seçə və ya özü status yaza bilər, həmçinin, bir saatdan dörd saata qədər olmaq şərtilə satatusların görünmə vaxtını da təyin edə bilərlər. Avtomatik status rejimi də vardır – o, istifadəçinin yerləşdiyi məkandan asılı olaraq gün ərzində yenilənir, amma bununla belə, Instagram istifadəçilərin dəqiq yerləşmə koordinatlarını yadda saxlamamağa və onları göstərməməyə söz verir.

CNBC xəbər verir ki, Threads, Instagram-ın rəqabətdə olduğu Snapchat-ın bəzi elementlərini özündə daşıyır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...