Şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə “Instagram”da təhlükəsizlik problemi ortaya çıxıb.
“Business Insider”in yaydığı məlumata görə “Hyp3r” adlı şirkət normal şərtlərdə 24 saat ərzində silinməli olan hekayə paylaşımlarını qeydə almağın yolunu tapıb. Şirkət həmçinin hər ay 1 milyon açıq “Instagram” profilinin paylaşımlarını, bu paylaşımların edildiyi yerləri, şəxslərin bioqrafiya məlumatları və kimləri izlədikləri ilə bağlı məlumatları toplayıb.
“Hyp3r” şirkətinin topladığı məlumatlar əsasında “Engage” adlı tətbiq yaratdığını və həmin tətbiqi şirkətlərə satdığı bildirilir.
Problemi anlayan “Instagram” şirkətin platformaya girişinə qadağa qoyulduğunu açıqlayıb