Instagram şəbəkəsində pul qazanmağın yolu: 9 gəlirli ideya

Date:

Paylaş:

Hər bir kəs Instagram sosial şəbəkəsində biznes qura bilər, bu o qədərdə çətin deyil. Əsas problem istiqamətin düzgün seçilməsidir.

Bu gün ki gündə Instagram, ən məşhur sosial şəbəkələrdən biridir. Xüsusilə də 2015-ci ildə inkişafa qədəm qoymuş bu şəbəkə, üç il ərzində həm ünsiyyət, həm də qazanc platformasına çevrilə bilib. Instagram istifadəçilərinin yaş həddi 18-29 arasında dəyişir. Statistikaya əsasən, onların 60%-ı minimum olaraq gündə bir dəfə öz lentini yoxlayırlar. Buna görə də biznes üçün Instagram-dan istifadə tendensiyası gündən günə daha da geniş yayılmağa başlayır.

Sosial şəbəkə vasitəsi ilə siz, müxtəlif yollardan istifadə edərək qazanc əldə edə bilərsiniz. Instagram sosial şəbəkəsində bu yollardan ən geniş yayılmışı, öz hesabınızda reklam postlarının yerləşdirilməsi yoludur.

Bu şəbəkənin reklam effektivliyi ildən ilə artmaqdadır. Lakin, təəssüflər olsun ki, fərdi sahibkarların bir çoxları bu sahədə çox tez həvəsdən düşürlər. Bu, fərqli səbəblərdən baş verə bilər: onların gözləməyə hazır olmaması, təcrübənin kifayət etməməsi, gözləntilərin reallığa uyğun olmaması, başlanğıcda müxtəlif səhvlərə yol verilməsi və s. Bütün bunların qabaqcadan qabağını almaq üçün, sizə bir sıra ümumi məsləhətləri verə bilərik.

  1. SMM-in əsaslarını öyrənin. Buna nail olmaq üçün müxtəlif kurslardan, ədəbiyyatlardan və ya onlayn-məktəblərin xidmətlərindən istifadə edə bilərsiniz.
  2. Oxucuların sayını süni artırmağa çalışmayın. Tez-tez Instagram-da biznesin qurulması mövzusuna aid olan bu kimi məsləhətlərə rast gəlinir. Ehtiyatlı olun: bu manipulyasiya sizə heç bir fayda verməyəcək! Birincisi, aktiv olmayan auditoriya sizə heç nə verməyəcək. İkincisi, süni şəkildə artırılmış oxucular dərhal nəzərə çarpır və digər insanların sizinlə əməkdaşlıq etməsinə maneə ola bilər. Üçüncüsü, oxucuların sayının artırılması xidməti pulsuz deyildir. Belə ki, səmərəsiz olaraq pul xərcləmiş olacaqsınız.

Diqqət! İndi şok xəbər olacaq – Instagram-da pul qazanmaq üçün çox saylı auditoriyaya heç bir ehtiyac yoxdur. Bu işdə kəmiyyət yox, keyfiyyət daha vacib rol oynayır. Müəyyən internet bizneslərdə ümumiyyətlə oxucuların sayı əhəmiyyətli deyil.

  1. Keyfiyyətli kontent üzərində çalışın. Kontent nədir? Kontent – faydalı və maraqlı postlar, yaxşı vizual tərtibat və cəlbedici konsepsiyadır.

Hər bir insanın xoşuna gələ biləcək kontentin hazırlanması, heç də asan iş deyil.

  1. Gözləməyə hazır olun. Nəzərə alın ki, Instagram daima inkişaf edən sosial şəbəkədir. Belə ki, burada rəqabət gündən günə artır. Bu səbəbdən, bu platformada biznesin qurulması o qədərdə asan iş deyil.

İndi isə başda danışılan ideyaların hər birini nəzərdən keçirək.

İdeya №1 – Əmtəə və ya xidmətin satışı

Instagram – effektiv ticarət meydançasıdır və çox aktiv olan auditoriya burada cəmlənib. Az sayda oxuculara malik olan hesablar belə, burada öz əmttə və xidmətlərini sataraq gəlir əldə edə bilərlər.

Instagram-da nə satırlar?

Əmtəə: qida məhsulları, paltar və ayaqqabı, güllər, əl işləri, aksessuarlar,  dekor və qab-qacaq əşyaları, kosmetika və s.

Xidmət: dizaynerlər, kopirayterlər, veb-mütəxəssislər, rəssamlar, psixoloqlar, biznes-məşqçilər, hüquqşünaslar, proqramçılar, gözəllik salonları, idman kompleksləri. əyləncə layihələri.

Bu gün ki gündə, demək olar ki, hər bir əmtəə və ya xidməti satmaq mümkündür. Burada ən əsas şey düzgün satmaqdır. Əgər hər hansı hobbiniz varsa, öz əl işlərinizi satışa qoyub gəlir əldə edə bilərsiniz. Əgər dar sahə üzrə ixtisaslaşmış mütəxəssissinizsə, öz təcrübənizi digər insanlarla bölüşmək üçün hesab aça bilərsiniz. İnsanlar təmənnasız informasiyaya böyük maraq göstərirlər. Bu yol ilə siz yeni oxucuları cəlb etmiş olacaqsınız.

Seçdiyiniz istiqamətdən asılı olaraq, hesabınıza qarışı irəli sürülən tələblər dəyişə bilər. Məsələn, internet mağaza üçün ən başlıca məqsəd, cəlbedici vizual kontentin yaradılmasıdır. Şəkillər nə qədər keyfiyyətli olarsa, əmtəə də bir o qədər alıcının gözündə cəlbedici görünəcək. Hər hansısa xidmətlərin göstərilməsinə yönəlmiş hesablar üçün isə keyfiyyətli mətnlərin yazılması daha önəmli olacaq.

Hesabınızı inkişaf elətdirməyə başlamazdan öncə, oxucunuzu təsəvvür edin: onun neçə yaşı var? O nəyə maraq göstərir? Onun gəlir səviyyəsi necədir? O hansı şəhərdə yaşayır? O nə ilə məşğuldur? Öz oxucularınız haqda təsəvvürünüz olsa, işiniz qat-qat asanlaşacaq.

Əmtəə və xidmətləri başqa hansı yollarla satmaq  mümkündür?

  • Onları digər blogçulara təqdim edərək, barter təklif etmək: siz onlara – əmtəə və ya xidmət, onlar siz – bu məhsulun reklamını.
  • Instagram-da müxtəlif yarışlar, aksiyalar, endirimlər təşkil etmək
  • Düzgün həştəqləri və məşhur geolokasiyanı seçmək,
  • Profilinizin başlığını düzgün tərtib etmək. Məsələn, əgər siz Bakıda tortların satışı ilə məşğulsunuzsa, blogunuzun adında “Bakı tortları” yaza bilərsiniz. Bu halda potensial müştərilər sizi daha tez tapa biləcəklər.
  • Targetinqdən (sizə lazım olan auditoriyanı seçmək üçün istifadə olunan xüsusi reklam mexanizmi) istifadə etmək.

Instagram-da nəyisə satmaq istəyirsinizsə, bizdən sizə tövsiyələr:

  • Məhsulunuzu hazırlayarkən, oxucularınızla bu prosesi bölüşün.
  • Rəylərə hər zaman cavab verin
  • əmtəə və ya xidmətinizin qiymətini qeyd edin. Çox vaxt internet mağazalarında “qiymət üçün Direct” yazısına rast gəlmək olar. Qiyməti yazmasanız, potensial müştərini itirə bilərsiniz. Birincisi, heç də hər kəsin Direct vasitəsi ilə əlaqə saxlamaq üçün vaxtı yoxdur. İkincisi, belə təqdirdə müştəri düşünə bilər ki, sizdə qiymətlər daha yüksəkdir. Sizin əsas məqsədiniz alış-veriş prosesini sadələşdirməkdir.
  • Oxucularınızı təşviq edin.

İdeya №2 – Reklam postları

Bu, demək olar ki, Instagram-da qazanmağın ən sadə və geniş yayılmış metodlardan biridir. Burada yalnız biz vacib şərt var – sizin çoxsaylı auditoriyanız olmalıdır. Adətən, bu rəqəm ən az 10 mindən yuxarı olmalıdır. Əsas odur ki, oxucularınız süni deyil, real insanlar olsunlar.

Alqoritm isə belədir:

  • Reklam postunu hazırlayırsınız (bu fotoşəkil və ya video ola bilər)
  • Posta firma həştəqini və ya link əlavə edirsiniz
  • Bu postu öz auditoriyanızla paylaşırsınız
  • Gəlir əldə edirsiniz

Sxem çox sadədir, lakin burada da bir sıra incəliklər var.

Müştəriləri harada axtarmaq lazımdır?

  1. Əgər müştəri özü sizi taparsa, demək bəxtiniz gətirdi. Bu o qədərdə nadir hal deyil. İnsanlar sizin hesabınızı tapdı, ona qiymət verdi və izləməyə başladı. Reklam postların sayı çox olmamalıdır, bu, kontentin keyfiyyətinə mənfi təsir göstərə bilər. Beləliklə, oxucuların bir hissəsini itirə bilərsiniz.
  2. Bu gün bloqçu və reklamverəni bir biri ilə tapışdıran bir çox meydançalar mövcuddur. Adstamer, Epicstar, Sociate  kimi servisləri buna misal göstərmək olar.

Reklam postunun qiymətini necə müəyyən edək?

Düzünü desək, reklam postunun qiymətini hesabın sahibi özü müəyyən edir.  Bu, onun öz əmtəə və xidmətlərinin qiymətləndirməsindən asılıdır. Ümumilikdə isə qiymət oxucu sayına görə müəyyən olunur. Bu formul aşağıdakı kimidir:

10 oxucu = 0.0253 AZN

Yəni, əgər Instagram səhifənizdə 3 min oxucu varsa, reklam postunun qiyməti 75,9 AZN təşkil edəcək.

Lakin Due.com-un təsisçisi olan John Marks Templeton, öz hesablaşmalarında  başqa formuldan istifadə edir:

1 “like” = $0,25-$0,5

1 rəy = $1

Reklam postunun qiymətini müəyyən etmək üçün, bütün bu verilənlər “like”-ların və rəylərin ədəd ortasına vurulur.

Diqqət etsəniz görəcəksiniz ki, birinci formulda qiymət auditoriyanın sayından, ikinci formulda isə auditoriyanın aktivliyindən asılıdır.

İdeya №3 – fotoşəkillərin satışı

Bir ailə səyahət edərkən, özü ilə fotoaparat götürmüşdür, sonra isə onları Shuttersrock  kimi ştoklarda satırdı. Deyirlər ki, bununla onlar çox yaxşı gəlir əldə edə biliblər.

Bu gün bu metod Instagram-da çox geniş yayılıb. Bu mexanizm necə işləyir?

Bu ideyanı realizə etmək üçün aşağıdakı alətlərdən istifadə edə bilərsiniz:

  1. Foap servisi. Saytda qeydiyyatdan keçdikdən sonra, siz, satmaq istədiyiniz fotoşəkillərdən ibarət portfolio hazırlayırsınız və hər satılmış fotoşəkilin qarşılığında $5 alırsınız. Eyni fotoşəkili bir neçə dəfə sata bilərsiniz.
  2. Bu, fotoqrafçılar birliyidir. Bu meydançada satışları həyata keçirmək üçün bir sıra nüanslara fikir verməyiniz tələb olunur:

 

  • Hər bir şəkil üçün 4-5 açar sözdən istifadə edin. Bu sizə alıcını tapmaq üçün köməkçi vasitə ola bilər.
  • Heç kimin çəkmədiyi şeyləri çəkin
  • Eksklüziv şəkilləri paylaşın
  1. Twenty Saytda qeydiyyatdan keçin və ya iPhone üçün nəzərdə tutulmuş proqramı yükləyin. Burada paylaşdığınız hər bir fotoşəkil satıla bilər.
  2. Snap Bu xidmət sizə mümkün qədər çox yüksəkkeyfiyyətli fotoşəkil qoymağınızı tövsiyə edir. Fotoşəkilləri paylaşarkən açar sözlərdən istifadə edin ki, alıcı sizi daha tez tapa bilsin.

İdeya №4 – marketinq üzrə konsultasiyaları keçirmək

Instagram hesabının inkişaf elətdirilməsi ilə məşğul olaraq, gəlir əldə edə bilərsiniz. İndiki dövrdə bir çox şirkətlərin bu xidmətə ehtiyacları var. İş nədən ibarətdir?

  • Profilin tərtib edilməsi
  • Kontentin yaradılması
  • SEO tənzimləmə
  • Digər bloqçularla əməkdaşlıq münasibətlərinin qurulması
  • Traqetinq reklamının tənzimlənməsi
  • Aktivliyin artırılması (“like”-lar, rəylər, cavablar)

Müştəriləri harada axtarmaq lazımdır? Bunun üçün Instagram-da elanların, ixtisaslaşmış saytlarda isə vakansiyaların monitorinqini keçirə bilərsiniz.

Dayanıqlı konsultasiya biznesini necə qurmaq olar?

Burada bir neçə məqama diqqət etməlisiniz:

  1. Auditoriyanızı dəqiq müəyyən edin.
  2. Yaxşı və cəlbedici portfolio yaradın. Portfolio yaratmaq üçün, ilkin mərhələdə xidmətləri təmənnasız şəkildə təklif etməyiniz tövsiyə olunur.
  3. Zamanınızı idarə edin.
  4. İnsanlarla informasiyanı təmənnasız olaraq bölüşün

İdeya №5 – hesabların idarə olunması

Bu ideya mahiyyətcə əvvəlkinə çox oxşayır. Instagram-da administratorun əsas vəzifələri:

  • Postların müntəzəm şəkildə hazırlanması
  • Foto və videoların redaktə edilməsi
  • Statistikanın analizi
  • Oxucularla ünsiyyətin yaradılması
  • Yeni ideyaların generasiyası
  • Kontent planların hazırlanması
  • Reklamverənləri tapmaq və onlarla əməkdaşlıq etmək

Administratorun əsas vəzifəsi, kontentin keyfiyyətini qoruyub saxlamaqdır.

Bu kimi işi siz freelance birjalarında axtarıb tapa bilərsiniz.

İdeya №6 – təcrübənizi satın

Əgər hər hansısa bilik və bacarıqlarınız varsa və onları bölüşmək istəyirsinizsə, öz rəqəmsal əmtəənizi qura bilərsiniz. Burada yalnız bir problem var, o da auditoriyanın sıfırdan yığılması problemidir. Tutaq ki, artıq aktiv auditoriyanız var.

Orijinal bir məhsulu necə yarada bilərsiniz?

Bunun əsas iki yolu var. Birincisi, bu sahəyə aid ədəbiyyatları oxumaq və biliyinizi artırmaq. İkincisi, hesabınızdakı auditoriyanı təhlil etmək. Auditoriyanızın problemlərini öyrənin və onları həll edəcək məhsul və ya xidmət yaradın.

Bu ideyanın realizəsində insanlar ən çox aşağıdakı 3 problemlə üzləşirlər:

  • Sizin ideyalarınız yoxdur
  • Özünüzdən əmin deyilsiniz
  • Məhsul və ya xidməti yaradandan sonra, məlum olur ki, o, heç kimə lazım deyil

Bu problemlərin qarşısını necə almaq olar? Tədarükçülərin tələblərini diqqətlə təhlil edin.

İdeya №7 – Instagram-da olan şəkilləri çap etmək

Artıq insanların əksəriyyəti öz fotoşəkillərini elektron daşıyıcılarda saxyalırlar. Buna baxmayaraq, çap fotoşəkillərinə olan tələbat hələdə qalmaqdadır.

Şəkilləri xüsusi avtomatlar vasitəsi ilə çap olunur, bu tip avtomatı siz istənilən ticarət mərkəzlərin birində əldə edə bilərsiniz.

Bu biznesin ikinci tərəfi isə çap olunmuş şəkillərdən fotoalbomların hazırlanmasıdır. Bu, yüksək gəlirli sahələrdən biri hesab olunur.

Biznesə başlamazdan əvvəl, siz, öz internet saytınızı işləyib hazırlamalısınız. Eyni zamanda, Instagram hesabınızı yaratmağı unutmayın, onun vasitəsi ilə siz öz xidmətlərinizi reklam edə bilərsiniz.

İnternet saytından və Instagram hesabının yaradılmasından başqa, sizinlə əməkdaşlıq edən tipoqrafiya tapmağınız lazımdır. Burada çapın keyfiyyətinə, kağıza, rəngə və s. xüsusilə diqqət etməyiniz vacibdir.

İdeya №8 – Əməkdaşlıq proqramları

Instagram sosial şəbəkəsində qazanc əldə etməyin ən sadə yollarında biri də, başqalarının əmtəə və xidmətlərin əməkdaşlıq proqramları vasitəsi ilə satılmasıdır.

Bu mexanizm necə işləyir?

Alqoritm aşağıdakı kimidir:

  • Qeydiyyat
  • Əməkdaşlıq əmtəə və ya xidmətinin seçilməsi
  • İcazənin alınması
  • Əməkdaşlıq internet ünvanının alınması
  • Öz hesabınızda əməkdaşlıq internet ünvanının yerləşdirilməsi
  • Əgər istifadəçi sizin yerləşdirdiyiniz “link”-dən istifadə edib məhsul və ya xidmət alarsa, onun müqabilində pul alacaqsınız.

Bu gün əməkdaşlıq proqramlarının sayı kifayət qədər çoxdur. Bu mövzu ilə bağlı  internetdə araşdırma apara bilərsiniz. İstifadə edə biləcəyiniz saytlardan bəzilərini misal göstərək:

  • pro
  • Tlight
  • Adcombo
  • CPA

Reklam postlarının yerləşdirilməsi sahəsində sizin üçün faydalı ola biləcək məsləhətlər:

  1. Yalnız bir məhsulu reklam edin
  2. Məhsulun şəkilindən istifadə etməyin. İnsanlar üçün nəticə vacibdir, reklam etdiyiniz məhsulu istifadədə göstərin
  3. İnternet ünvanını mümkün qədər qısa edin. Rahatlığınız üçün bit.ly saytından istifadə edə bilərsiniz.
  4. Əməkdaşlıq satışları üçün yalnız yaxşı satılan məhsulları seçin

İdeya №9 – Tapşırıqların yerinə yetirilməsi

Bu metod çox gəlirli olmasa da, sizin üçün faydalı ola bilər.

“Like”-lardan istifadə edirik necə qazanmaq olar?

  1. Xüsusi bir servisdə qeydiyyatdan keçin
  2. Tapırıq alın (Məsələn, müəyyən səhifəni “like” etmək).
  3. Tapşırığı yerinə yetirin və qazanın.

Bu tip servislərin bir neçəsinə nəzər salaq:

  • ru – burada fotoşəkilləri “like” edərək və ya müəyyən səhifələri izləyərək pul qazana bilərsiniz.
  • ru
  • com
  • Cashbox

Orta qiymətlər isə aşağıdakı kimidir:

“like” = 0.0152 – 0.0506 AZN

“follow” = 0.0253- 0.1265 AZN

rəy = 0.0759- 0.3794 AZN

Yekunlaşma aparaq

Bu gün Instagram yalnız sosial şəbəkə deyil, eyni zamanda ticarət meydançasıdır. Əsas şey odur ki, öz istiqamətinizi düzgün seçəsiniz. Seçdiyiniz sahə sizin üçün maraqlı olsa, mütləq müvəffəqiyyət qazanacaqsınız.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...