Əsas səhifə Xəbərlər Digər xəbərlər “Instagram” paylaşımların altındakı bəyənmələrin sayını gizlətməyə başlayıb

“Instagram” paylaşımların altındakı bəyənmələrin sayını gizlətməyə başlayıb

91
Paylaş

Foto və qısa video mübadiləsi üçün yaradılmış “Instagram”, test rejimində istifadəçilərin paylaşımları altındakı bəyənmələrin sayını gizlətməyə başlayıb. Bu haqda sosial şəbəkənin “Twitter” səhifəsində məlumat verilib.

Qeyd edildiyi kimi, testdə iştirak edən istifadəçilər digər hesab sahibləri tərəfindən paylaşılan foto və videoların altındakı bəyənmələrin ümumi sayını görə bilməyəcəklər.

“Instagram” ın verdiyi məlumata görə, daha əvvəl bu funksiya Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yeni Zelandiya və Yaponiyada sınaqdan keçirilərək müsbət nəticələr verib. “Instagram” bu tədbiri sosial şəbəkə üçün zəruri olduğunu söyləyib. Sosial şəbəkə eyni zamanda kontent yaratmaqdan pul qazanan hesab sahibləri tərəfindən bəyənmələrin sayılmasının vacibliyini başa düşdüyünü və onların statistikanı tərəfdaşları ilə bölüşmələrini təmin etmək üçün əlavə vasitələr inkişaf etdirəcəyini qeyd edib.

Daha əvvəl “Instagram” ın rəhbəri olar Adam Mosseri, yeni funksiyanın “sosial müqayisəni” azaltmaqla sosial şəbəkənin rəqabət qabiliyyətini azaldacağını bildirmişdir.