Məşhur Instagram fotoservisi istifadəçi məlumatlarını oğurlayan tətbiqlərin aşkar edilməsi üçün mükafatlandırma sistemini işə salıb. Bu barədə Business Insider saytı xəbər verib. 1 il bundan öncə öz sistemində boşluqların aşkar edən şəxslərə Facebook şirkəti pul mükafatı verməyə başlamışdı. “Facebook tərəfindən təqdim edilmiş bu proqramın genişləndirilməsi istifadəçilərin təhlükəsizlikləri yolunda vacib addım olacaq” – deyən Instagram servisinin aparıcı mühəndislərindən biri qeyd edib.
Instagram təmsilçiləri bildiriblər ki, veriləcək pul mükafatının həcmi görülmüş işin və tapılmış sistem boşluğunun miqyasından asılı olacaq. Məlumata əsasən Facebook-da sistem boşluğunun aşkar edilməsinə görə verilən pul mükafatının orta həcmi 1500$ təşkil edir. Hələ avqust ayının əvvəlində məlum olmuşdu ki, Instagram irimiqyaslı istifadəçi məlumatlarının sızdırılmasına yol verib. Belə ki, Hyp3er adlı marketinq şirkəti Instagram istifadəçilərinin yerləşdikləri yerləri izləyir və Instagram qaydalarına zidd olaraq istifadəçilərin hesablarındakı məlumatları və Stories paylaşımlarını özündə saxlayırdı.