Əsas səhifə Biznes sahələri Texnologiya Instagram “like”ları gizlədir

Instagram “like”ları gizlədir

171
Paylaş
London, UK - July 30, 2018: The buttons of the photo app Instagram, surrounded by WhatsApp, Facebook, Messages and other apps on the screen of an iPhone.

İnstagram yeni özəlliyi olan beynəlxalq sınaq həyata keçirib. Belə ki, o, postlara gələn bəyənmələri gizlədir. Şirkətdən bildiriblər ki, bu, “istifadəçilər üzərinə təzyiqləri azaltmaq üçündür”. Sınaq bir çox ölkələrdə həyata keçiriləcək, BBC xəbər verir.

Platformanın yeni versiyasında istifadəçilər başqalarının postlarına gələn bəyənmə sayını görə bilməyəcəklər.

İnstagramın rəhbəri Adam Mosseri bildirib ki, onların məqsədi istifadəçilər arasında bəyənmə sayına görə rəqabətdən yaranan srtess hallarını azaltmaqdır.

Şirkət əminliklə deyir ki, yenilik platformanın biznes alətlərinə təsir etmir və istifadəçilər hələ də digər istifadəçilərin məzmunlarını bəyənən insanların siyahısını görə bilirlər.