İnstagram iri ticarət mərkəzinə çevrilir

Date:

Paylaş:

İnstagram müştəriləri üçün çoxlu alış-veriş imkanları yaradır və artıq virtual “mall”a çevrilir.

Şəkilləri bölüşmək üçün olan bu tətbiq hal-hazırda onlayn-mağaza rolunu da oynayır. Burada məhsullara baxış “gəzintisi” həyata keçirmək və hətta əylənmək mümkümdür.

İnstagram-da son zamanlar olan onlayn alış-veriş transformasiyaları tətbiqdəki konkret yeniliklərin nəticəsidir.

2018-ci ildə Facebook İnstagram-ın gəlirinin artmasına yönələn strategiyanı irəli sürəndə onun işi göstərilən reklamların sayının iki dəfə artırılması üzrə qurulmuşdu. 2019-cu ilin avqustundan etibarən lentdə hər üç adi mesaja istifadəçilər bir reklam mesajı əldə edirlər. “Stories”də reklam elanları hər 2-4 hekayəyə göstərilir.

Bununla paralel olaraq, İnstagram alış-veriş prosesini də sadələşdirib: müştərilər brendlərin və şirkətlərin səhifəsindən şəbəkəni tərk etmədən birbaşa olaraq sifarişlər edə bilirlər. Şirkətlər özləri, siz hətta konkret brendi və ya tanınmış blogeri izləməsəniz belə, öz məhsullarının reklamını sizin lentdə yerləşdirə bilərlər.

Beləcə İnstagram istifadəçinin əlində artıq ticarət mərkəzinə çevrilib. Bu, sanki müştərinin öz istəyinə uyğun məhsulların sifarişi kataloqudur. Bu sosial şəbəkə sayəsində bazarda həm də müəyyən brend tipi yaranıb ki, o da uğur üçün sosial şəbəkələrdə xüsusi individual dəyərə malik olmalıdır.

Markalar daha çox öz məhsullarını deyil həyat tərzlərini reklam edirlər – İnstagramda çoxlu baxış sayı qazanan və özlərinin fəlsəfəsini əks etdirən parlaq şəkillər.

Tanınmış blogerlər də xüsusi vasitələrlə konkret brendlərin reklamının təşviqini həyata keçirirlər – ya hansısa məhsulu üzərlərində daşımaqla ya da onları ümumiyyətlə göstərməklə öz dost çevrələrinə təqdim edirlər. Bu açıq-aşkar reklam olmasa da brendin məhsullarının satılmasına müsbət təsir göstərə bilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...