“Instagram”-ın gəliri 2021 ilə kimi $22 milyarda çatacaqmı?

Date:

Paylaş:

Instagram heç vaxt belə inkişaf etməmişdi. Güman olunur ki, reklam biznesi 2017-ci ildə möhtəşəm nəticələr göstərəcək. İlin əvvəlində Facebook hər gün şəbəkədə 400 milyon adamın şəkil paylaşdığını bildirmişdi. Keçən ay isə, İnstagram 1 milyon aktiv reklamçıya çatdı.

2017-ci ilin gəlir gözləntiləri kifayət qədər yüksəkdi. eMarketer “İnstagram”-ın $2.8 milyard dollar, bəzi analitiklər isə onnan da artıq qazanacağını gözləyir. Facebook applikasyona düşən real gəliri göstərmir. Analitiklər İnstagram-ın hələ də artım üçün böyük imkanlarının olduğunu düşünür. Onlar gəlirin 2021 ilə 22 milyard dollar olacağını proqnoz edirlər. Bu gəlirin böyük hissəsi Snapchat müştərilərindən gələ bilər.

Klonlar müharibəsi

İnstagram heç vicdan əzabı çəkmədən Snapchat-in ən yaxşı yeniliklərini Snap şirkətindən götürdü. Hər şey “History” ilə keçən ilin avqustunda başladı. Bu yaxınlarda isə İnstagram Snapchat-in əsas özəlliyi olan, yoxa çıxan şəkilləri birbaşa mesajlarına köçürtdü.

İnstagram bu yaxınlarda, “History”-nin 200 milyon gündəlik aktiv istifadəçini keçməyini elan etdi. Bu, Snapchat-in dekabr ayında ortalama 161 milyon istifadəçilərindən çoxdu. Qeyd etmək lazımdı ki, İnstagram-ın möhtəşəm inkişafı Snapchat-in yavaşlaması ilə eyni vaxta düşdü. Snapchat-in aktiv gündəlik istifadəçiləri iyun ayından bəri, cəmi 13 milyon artmışdır.

Onuda bildirmək lazımdı ki, Snapchat və İnstagram istifadəçiləri mühüm dərəcədə təkrarlanırlar. Snapchat istifadəçilərinin 90%-i İnstagram-dan da istifadə edir. Bu o deməkdir ki, İnstagram Snapchat-in özəlliklərini köçürtməkdə davam etsə, istifadəçilərin Snapchat-i istifadə etmək mənası da azalacaq. Yəni, İnstagram-ın istifadəçi kütləsi Snapchat-dən fərqli olaraq artacaq.

Gəlirin qəfildan artması

Analitiklər yaxın illərdə Snapchat-in gəlirində böyük artım gözləyirlər. Çoxları hesab edirlər ki, bu il gəlir 1 milyard dollar, gələn il isə 2 milyard dollar olacaq. Bu bir neçə amildən asılıdır. Ən əsas isə istifadəçilərin sayının, reklamın həcminin və qiymətinin artmasıdır. Əslində bunlardan heç biri ayrılıqda işləmir. Əsas amil tələbdir ki, reklamın qiymətinə və həcminə təsir göstərir. İstifadəçilərin sayının artması tələbin əmələ gəlməsində əsas amildir.

Ona görə Snapchat-in gəlirinin artması analitiklərin güman etdiyi kimi əsasən istifadəçilərin sayının sürətlə artmasından asılıdır. JPMorgan analitikləri hesab edir ki, 2020-ci ilə gündəlik istifadəçilərin sayı 299 milyona çatacaq. Bəziləri isə bu rəqəmin 2022-ci ilə 378 milyon olacağını düşünür. Əgər İnstagram Snapchat-in istifadəçi sayının artmasına əngəl yaratsa və analitiklərin gözləntiləri özünü doğrultmasa, çox güman ki, gəlir də gözləntiləri doğrultmayacaq. Və İnstagram bu itirilən reklam pulunu özünə götürmək üçün orda olacaq.

Bütün, hətta ən yaxşı perspektivlər belə Snap üçün 22 milyard dollara heç yaxın da çatmır. Bunnan başqa, İnstagram-ın Snapchat-in gəlirinin 100%-ni özünə götürməyi də inanılan deyil. Bəs nəyin hesabına İnstagramın qalan gəliri artacaq?

Snapchat-dən daha böyük

İnstagram-ın Snapchat üzərində böyük üstünlüyü istifadəçilərin bir biri ilə əlaqə qurmağı ilə yanaşı, brendlər ilə də əlaqə qurmaq imkanıdır. Belə baxanda, İnstagram – yeniyetmələr kimi brendlərin onlara ana şirkət Facebook və Snapchat-dən daha çox yeni məhsul və səhm təqdim etməyinə üstünlük verir. Ona görə İnstagram-dakı reklam daha tez konversiya olmalıdı. Bu isə daha yüksək qiymətlərə gətirib çıxardır.

Şəxsi ikitərəfli ünsiyyət və birinin çoxları ilə əlaqəsinin təsiri İnstagramı belə dəyərli edir. Bu o deməkdir ki, istifadəçilər applikasiyada daha çox vaxt sərf edəcək və brendlərin kontentlərinə açıq olacaqlar. Snapchat-də istifadəçilər daha çox dostları ilə ünsiyyət qurmağa maraqlıdırlar və ona görə brendləşmiş kontentə diqqət vermirlər. 2021-ci ilə 22 milyard dollar gəlir – çox iddialı proqnozdur. Məsələn, Facebook özü keçən il 27 milyard dollar gəlir əldə edib. Tək İnstagram-ın 4 ilə Facebook-un qazandığınnan 2 dəfə artıq qazanmağı çox optimistik proqnoz kimi görünür. Buna baxmayaraq, İnstagram-ın öz gəlirini əhəmiyyətli dərəcədə artırmaq üçün bütün şansları var. Və bu Facebook-un yaxın illərdə gəlirinin artmasında da böyük rol oynaya bilər.

Facebook və Snapchat-ın səhmləri Amerika fond birjalarında listinqdən keçib. Facebook (FB) səhmləri NASDAQ-da, Snapchat (SNAP) isə NYSE-də ticarət olunur. Bu və digər şirkətlərin səhmlərini investisiya şirkəti vasitəsi ilə birbaşa almaq mümkündür.

fins.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...