“Instagram” Direct tətbiqini bağlayacaq

Date:

Paylaş:

 Instagram servisi istifadəçilərin öz aralarında mesajlaşmaları üçün nəzərdə tutulmuş ayrıca Direct tətbiqini bağlayacaq. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib. Direct tətbiqi gələn ay öz fəaliyyətini dayandıracaq. İstifadəçilərin həmin tətbiqdə reallaşdırdıqları mesajlar isə Instagram tətbiqinin Direct bölməsində qalacaqlar.

    Direct tətbiqinin işinə son vermə qərarının səbəblərini şirkət bildirməyib. Bu qərar Instagram-ın sahibi olan Facebook şirkətinin öz servislərini (MessengerInstagram və Whatsapp) tək mesajlaşma ekosistemində birləşdirmək planından sonra verilib. Qeyd etmək lazımdır ki, Instagram servisi mesajlaşma üçün nəzərdə tutulmuş ayrıca Direct tətbiqinin testinə 2017-ci ilin dekabr ayında start vermişdi.

    Həmin test mərhələsində Çili, İsrail, İtaliya, Portuqaliya, Türkiyə, və Uruqvay istifadəçiləri iştirak edə bilərdilər. Test mərhələsi tətbiqin həm Android həm də iOS versiyalarında aparılırdı. İstifadəçilər bir-birilərinə mesaj göndərə, foto və video paylaşa bilərdilər. Direct tətbiqinin smartfona quraşdırılmasından sonra isə Instagram-da olan Direct bölməsi yoxa çıxırdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...