Onların sayını yalnız paylaşımın müəllifi görə bilər.
“İnstagram”, yalnız müəlliflərinin görə bilməsi üçün digər istifadəçilərdən gələn “like” ların sayını gizlətmək imkanını test edib. Bu barədə TechCrunch yazır. İlk belə funksiyanı “İnstagram” proqramı üzrə araşdırmaçı Jane Wong “Android” üçün “İnstagram” kodunda tapıb.
“İnstagram”, funksiyasında qeyd edib ki, istifadəçilərin, öz diqqətlərini, “like”ların sayına deyil, məzmuna yönləndirmələrini istəyir. “İnstagram”ın nümayəndəsi TechCrunch-a verdiyi açıqlamasında deyib ki, bu hələ ki, funksiyanın prototipidir və şirkət belə mümkünlüyü rəsmən test etmir. Lakin o qeyd edib ki, İnstagram “həmişə istifadəçilərə təzyiqi necə azaltmaq barədə düşünür”.
TechCrunch vurğulayıb ki, “bəyənmə’ləri gizlət” funksiyasından istifadə zamanı istifadəçilər və reklamçılar diqqətlərini daha çox izləyicilərə və rəylərə ayıracaqlar. Nəşrdə yazılıb ki, bununla, gizli “like”lar lentdə paylaşımların sıralanmasına təsir etməkdə davam edəcək.