Cihaz insanı 200 m. məsafədən tanımaq imkanına malikdir. Bunun üçün o hərəkətsiz olmalı, ürək döyüntüləri isə bazaya yüklənməlidir.
ABŞ-ın Müdafiə Nazirliyi insanları ürək döyüntülərinə əsasən tanıya biləcək cihaz əldə edib. MİT Technology Review yazır ki, cihaz Jetson adlanır və onun təchizatçısını Pentaqon açıqlamır.
Cihaz insanları ürək döyüntüsünün sürətinə əsasən infraqırmızı lazer şüalarının köməyi ilə müəyyən edir. Nəşr bldirir ki, o, üzləri və barmaq izlərini güvənli bir şəkildə skan edən bir cihazdır.
Jetson 200 m. məsafədən işləyir və yüngül geyimdə olan insanları tanıya bilir. Təhlil edə bilməsi üçün 30 saniyə vaxt lazımdır, obyekt isə hərəkətsiz olmalıdır. Dəqiqlik 95%-dir. Cihaz həm də, yalnız ürək döyüntüləri bazada artıq mövcud olan insanları da müəyyən edə bilir.
Technology Review bildirir ki, bu texnologiya təkcə hərbdə deyil, digər sahələrdə də lazımlı ola bilər. Məsələn, həkimlər insan bədəninə toxunmadan onun ürəyini analiz edə bilərlər.