İnsanları ürək ritminə görə məsafədən tanımaq mümkün olacaq

Date:

Paylaş:

Cihaz insanı 200 m. məsafədən tanımaq imkanına malikdir. Bunun üçün o hərəkətsiz olmalı, ürək döyüntüləri isə bazaya yüklənməlidir.

ABŞ-ın Müdafiə Nazirliyi insanları ürək döyüntülərinə əsasən tanıya biləcək cihaz əldə edib. MİT Technology Review yazır ki, cihaz Jetson adlanır və onun təchizatçısını Pentaqon açıqlamır.

Cihaz insanları ürək döyüntüsünün sürətinə əsasən infraqırmızı lazer şüalarının köməyi ilə müəyyən edir. Nəşr bldirir ki, o, üzləri və barmaq izlərini güvənli bir şəkildə skan edən bir cihazdır.

Jetson 200 m. məsafədən işləyir və yüngül geyimdə olan insanları tanıya bilir. Təhlil edə bilməsi üçün 30 saniyə vaxt lazımdır, obyekt isə hərəkətsiz olmalıdır. Dəqiqlik 95%-dir. Cihaz həm də, yalnız  ürək döyüntüləri bazada artıq mövcud olan insanları da müəyyən edə bilir.

Technology Review  bildirir ki, bu texnologiya təkcə hərbdə deyil, digər sahələrdə də lazımlı ola bilər. Məsələn, həkimlər insan bədəninə toxunmadan onun ürəyini analiz edə bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...