Potato Parcel yəqinki, Pet Rock (evcil qayalar) fikrindən sonra ən gülməli iş fikridir. Təşəbbüskar Alex Craig bu ideyanı ilk dəfə söyləyəndə sevgilisi ona çox gülmüşdü. Ancaq Alex bu gün bu ideyası ilə milyonçu olub.
İş modeli olduqca sadədir – kartoflar vasitəsilə anonim mesajlar göndərilir. İstifadəçilər kartof sifarişlərini online olaraq verirlər, mesajlarını əlavə edirlər və adsız bi şəkildə istədikləri insanlara göndərirlər. 24 yaşlı Craig, bu iş fikrini sevgilisi ilə birlikdə nahar edən zaman tapdığını söyləyir.
Sevgilisi ona bir kartof belə sata bilməyicini söyləyib və bu ideyanın indiyə qədər eşitdiyi ən mənasız fikir olduğunu bildirib. Ancaq bu iş fikrinin bu qədər məşhur olacağını düşünməyib. İşə başladıqdan 2 gün sonra Reddit vasitəsilə 2 min dollarlıq sifariş aldıqları zaman bu işə davam ediblər.
Alex Craig Amerikada minlərlər insana kartof göndərdik və bir az qəribə olsa da qısa müddət əzrində bir çoxlarının həyatına təsir edə bildik söyləyir.
Onun təşəbbüskar olmaq istəyənlərə tövsiyyəsi də var:
“Hərkəsin iş qurmamasının iki səbəbi var: Şübhə və qorxu. Uğursuzluq qorxusu və şübhəni yox etsəniz hər şeyi bacara bilərsiniz”