“İnsan oyunlar oynayan, uşaq kimi sıfırdan nələrsə öyrənən maşın düzəldə bilər.” 

Date:

Paylaş:

“Apple”ın həmtəsisçisi Stiv Voznyak yaxın gələcəkdə süni intellektin insanlar üçün təhlükə yaradacağına inanmadığını bildirib.

İKT.lent.az-ın xəbərinə görə, S. Voznyak bu məsələ ilə bağlı fikrini dəyişdiyini söyləyib. “Mən İlon Mask və Stiven Hokinqin süni intellektin insanlığa təhlükələri barədə çıxışlarından iki il qabaq bu barədə danışırdım. Lakin fikrimi dəyişdim. Mənim belə düşünməyə məntiqli əsaslarım var ki, bu təhlükə uzaq gələcəyin işidir. On illər, yüz illər keçməlidir ki, bu təhlükə real olsun. O da mümkündür ki, bu təhlükə heç vaxt reallaşmasın”, – deyə Voznyak “Vedomosti” qəzetinə müsahibəsində söyləyib.

S. Voznyak qeyd edib ki, təhlükələrdən danışanlar gecikmədən hansısa tədbirlər görülməsini zəruri sayır, halbuki süni intellekt hələ heç insan intellektinin səviyyəsinə yaxınlaşa bilməyib: “Süni intellekt insan tərəfdən onun üçün düşünülən vəzifələri yerinə yetirir. Lakin süni intellekt hələ “mən hansı problemi həll etməliyəm? Nə etməliyəm ki, xoşbəxt olum?” sualını özünə verməkdən uzaqdır. Yəni, maşınların “insanlar bizə mane olur, onlarsız daha yaxşı olardı” deyəcəyi şərtlər hələ formalaşmayıb”.

S. Voznyak onu da əlavə edib ki, hələlik alimlər və tədqiqatçılar insan beyninin quruluşunu axıra qədər araşdıra bilməyiblər: “İnsan oyunlar oynayan, uşaq kimi sıfırdan nələrsə öyrənən maşın düzəldə bilər. Amma hələ ki düşünə bilən maşınlar yoxdur. İnsanın üzərində işlədiyi bütün texnologiyalar, bütün maşınlar hələlik insana tabedir”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...